Icma.az
close
up
RU
TƏCİLİ: Türkiyə və İsrail Suriyada toqquşacaq SENSASİON DETALLAR KONKRET

TƏCİLİ: Türkiyə və İsrail Suriyada toqquşacaq SENSASİON DETALLAR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın daimi sülh və sabitliyə qovuşmasına mane olanlar qarşısında yalnız Suriya hökumətini deyil, Türkiyəni də görəcək. Prezident Ərdoğanın bu açıqlaması ciddi müzakirələrə səbəb olub. Bəs görəsən, Ərdoğan bu açıqlamaları ilə kimlərə, hansı dövlətlərə mesaj göndərir? Suriyada sülhə təhdid yaradan hansı dövlətlərdir?

Mövzunu KONKRET.az-a politoloq Əli Zülfüqaroğlu şərh edib:

“Əsədin devrilməsindən sonra Suriyada güc Türkiyənin əlində cəmləşdi. Bundan ən çox İsrail və İran narahatlıq keçirir. Əsas problem yaradan faktor isə İsraildir. Çünki Təl-Əviv genişlənmə siyasətini aparır. Hazırki hökumət Suriya və digər Yaxın Şərq ölkələri ilə bağlı ərazi iddialarını davam etdirir. Hökumətin siyasəti teoloji fanatizmə əsaslanır. Bu isə o deməkdir ki, İsrail Türkiyənin Suriyada hərbi gücə çevrilməsini istəmir. Bunu özünə təhdid kimi görür. Netanyahu bu məsələ ilə bağlı iki dəfə ABŞ-a səfər edib. Amma istədiyi nəticəni ala bilməyib. Çünki Vaşinqton Türkiyənin bölgədəki varlığından razıdır və buna öz maraqları çərçivəsindən yanaşır. Türkiyə isə təmkinli siyasət yeridərək İsrailin təhriklərinə uymur və diplomatik qələbə qazanaraq Suriyada möhkəmlənir. Bu isə onu deməyə əsas verir ki, Ankaranın Suriyanın təhlükəsizliyinin qarantına çevrilməsi, hazırki Suriya hakimiyyətinə qarşı təhdidlər, öncə Türkiyə tərəfindən neytrallaşdırılacaq. Bu, o deməkdir ki, İsrail və Türkiyə Suriyada qarşı-qarşıya gələ bilər. Əgər İsrail öz aqressiv siyasətini davam etdirsə, bu, baş verəcək. Ancaq Təl-Əviv Türkiyədən çəkinir. Çünki bu, israil üçün fəlakətli nəticələr doğura bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri