Icma.az
close
up
RU
Türkiyə tarixi sənədə imza atdı DETALLAR

Türkiyə tarixi sənədə imza atdı DETALLAR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə və İraq su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında tarixi saziş imzalayıb.

Modern.az xəbər verir ki, sənəd Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bağdada səfəri çərçivəsində imzalanıb. O, səfər zamanı İraqın xarici işlər naziri Fuad Hüseynlə danışıqlar aparıb.

İraq XİN rəhbəri bildirib ki, iki ölkə arasında ticarət, iqtisadiyyat və enerji sahələrində olduğu kimi, su məsələsində də qarşılıqlı maraqlara əsaslanan möhkəm tarixi və coğrafi əlaqələr mövcuddur.

“Bu gün imzalanan sənəd İraq və Türkiyə münasibətləri tarixində mühüm dönüş nöqtəsidir. Su ehtiyatları sahəsində əməkdaşlıq barədə razılaşma münasibətlərimizin yeni mərhələsidir,” - deyə Fuad Hüseyn qeyd edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə razılaşmanı “son dərəcə əhəmiyyətli və iki ölkə münasibətlərində ilk belə addım” adlandırıb:

“Uzun illərdir Türkiyə və İraq su ehtiyatlarının daha səmərəli istifadəsi yollarını axtarırdı. İki il yarım əvvəl Bağdada səfərim zamanı İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə iki mərhələli yanaşma barədə razılaşmışdıq. Birinci mərhələ su ehtiyatlarından optimal istifadə yollarının müəyyənləşdirilməsi, ikinci mərhələ isə İraqın su infrastrukturunun və suvarma sistemlərinin müasirləşdirilməsi idi. Bu istiqamətlərdə intensiv iş aparılıb.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see369

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see356

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see342

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see328

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see321

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see316

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see315

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see283

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see279

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see258

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see247

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see247

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see242

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see240

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see239

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see235

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see229

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see226

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see202

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri