Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.
"Report" xəbər verir ki, səfər çərçivəsində heyət ilk olaraq Azərbaycanın Türkiyədəki səfirliyində olub.
Nümayəndə heyətini səfir Rəşad Məmmədov qəbul edib. Görüş zamanı ADPU nümayəndələri Türkiyə universitetləri ilə mövcud və gələcək əməkdaşlıqlar, ortaq layihələr və təcrübə mübadiləsi barədə məlumat veriblər.
Həmçinin Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
ADPU-nun nümayəndə heyətinə universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova daxildir.
Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin dəstəklənməsi məsələləri də müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 02 May 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















