Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 23 may, AZƏRTAC
Azərbaycanın Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova Türkiyənin cənubunda yerləşən Adana şəhərinə səfəri çərçivəsində Çukurova Universitetində olub və universitetin prorektoru professor Hacer Yapıcıoğlu Yıldızbaş ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra müşavir azərbaycanlı müəllim və tələbələrlə görüşüb, soydaşlarımızı maraqlandıran məsələləri dinləyib.
Görüş iştirakçıları tərəfindən səsləndirilən problemlər və təkliflər universitet rəhbərliyinə çatdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:Afyonkarahisarda Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub
17 May 2025 01:47
İğdırda Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
03 İyun 2025 15:59
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunur AZƏRTAC
03 Dekabr 2024 15:43
Əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunur
03 Dekabr 2024 15:54
Baxış sayı:78
Bu xəbər 23 May 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















