Icma.az
close
up
RU
Türkiyə və Ermənistan arasında ilk yaşanır İrəvan o yolu əldə edəcək

Türkiyə və Ermənistan arasında ilk yaşanır İrəvan o yolu əldə edəcək

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyə ilə Ermənistan arasında ilk dəfə nümayəndə heyətləri səviyyəsində görüş keçiriləcək. Gələn həftənin əvvəlində baş tutacaq görüşdə Türkiyə heyətinə Sərdar Kılıç rəhbərlik edəcək. Nümayəndə heyəti Ermənistan ərazisinə “Alıcan” sərhəd-keçid məntəqəsindən daxil olacaq. Tərəflər normallaşma prosesinin dərinləşdirilməsi və mövcud razılaşmaların icrasını müzakirə edəcəklər. 

Türkiyə-Ermənistan nümayəndə heyətlərinin ilk dəfə görüşməsi regiondakı siyasi balansı necə dəyişə bilər? Bu dialoqun Azərbaycan-Ermənistan münasibətlərinə təsiri hansı formada ola bilər?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə Ermənistan əlaqələrinin normallaşması paralel olaraq Azərbaycanla Ermənistan arasında proseslə birgə aparılır:

“8 avqustda Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşma və sülh mətninin paraflanması Ankara-İrəvan arasında normallaşmaya gətirib çıxarır. Demək olar ki, Azərbaycanla Ermənistan arasında de-fakto sülh var. Regionda geosiyasi proseslər dəyişir. Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik təmasların yaradılması labüddür. Çünki seçki öncəsi Türkiyə ilə Ermənistan arasında normallaşma Nikol Paşinyanın reytinqinə müsbət təsir göstərəcək. Həmçinin Cənubi Qafqazda geosiyasi proseslərdə Rusiyanın mövqeyi kifayət qədər zəifləyəcək. Artıq Ermənistan Türkiyə vasitəsilə Avropa ilə quru yol əldə edəcək”.

Həmçinin oxuyun:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, Ermənistan Rusiyadan asılılığı azalmaqla forpostluqdan azad olacaq:

“Türkiyə nümayəndə heyətinin Ermənistana səfəri yaxın aylarda sərhədlərin açılmasına hesablanıb. Bu, çox müsbət prosesdir. Nəhayət ki, Ermənistan 30 ildən sonra gerçək müstəqilliyinə qovuşacaq. Azərbaycan, Türkiyə və Ermənistan arasında əməkdaşlıq regionda yeni bir mərhələnin əsasını qoyacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri