Gürcüstan və Türkiyə rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında dostluq və strateji tərəfdaşlıq məsələləri diqqət mərkəzində olub. İki ölkənin daxili işlər nazirlikləri arasında tərəfdaşlığın səmərəliyini qeyd edilib.
Görüşdə dünyada və regionda baş verən proseslər, Gürcüstan və Türkiyənin sabitliyin və sülhün təşviqindəki rolu müzakirə olunub.
İ.Kobaxidze türkiyəli nazirə Gürcüstana səfərinə görə təşəkkür edib və belə yüksək səviyyəli səfərlərin ölkələr arasında strateji tərəfdaşlığın daha da inkişafına töhfə verdiyini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Sentyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















