Icma.az
close
up
RU
Türkiyə və İsrail döyüş meydanında qarşılaşmaq istəmirlər

Türkiyə və İsrail döyüş meydanında qarşılaşmaq istəmirlər

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Hazırda Türkiyə və İsrail bir-birinə münasibətdə aqressiv ritorikadan yararlanır. Çünki bu ölkələrin maraqları indi də Suriyada ziddiyyət təşkil edir. Ancaq İsrail anlayır ki, texnoloji inkişafına baxmayaraq, onun ordusu Türkiyənin ordusu ilə bacara bilməz. Çünki türk ordusu daimi hazır vəziyyətdə olan, müharibə və əməliyyatlarda iştirak edən ordu olmaqla yanaşı, son illər texniki baxımdan da irəliyə gedib”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Türkiyə və İsrail arasında mümkün müharibədən danışarkən deyib.
O, eyni zamanda bildirib ki, İsrail ordusu da moderndir, son dövrlər HƏMAS və “Hizbullah” silahlı qruplarına qarşı əməliyyat keçirib, onları zəiflədib, darmadağın edib, amma göründüyü kimi, axırlarına çıxmağı bacarmayıb: “Yəni bu dəstələrin mövcudluğu hələ də davam edir. Üstəlik, nəzərə alın ki, bunlar peşəkar ordu deyillər, daha çox partizan müharibəsi aparan silahlı dəstələrdir. Türkiyənin isə peşəkar və müharibə təcrübəsi olan ordusu var. Üstəlik, bu ordu NATO-nun ikinci güclü ordusudur. Bu baxımdan, nə Türkiyə, nə də İsrail döyüş meydanında qarşı-qarşıya gəlmək istəmir”.

Azad İsazadə
Ekspert qeyd edib ki, hər iki dövlət üz-üzə gəlməmək şərtilə Suriyada öz mövqelərini gücləndirmək, təhlükəsizliklərini təmin etmək və qorumaq istiqamətində iş aparacaq: “Ehtimal edirəm ki, gec-tez bu ölkələr öz aralarında razılığa gələcəklər”.
A. İsazadənin fikrincə, ABŞ da Türkiyə-İsrail qarşıdurmasını istəmir. Müsahibimiz əlavə edib ki, Vaşintqonun həm Ankara, həm də Təl-Əvivlə yüksək səviyyəli münasibətləri, müttəfiqliyi var. Gərgin münasibətlər fonunda Vaşinqton hər iki müttəfiqi ilə danışıqlar apara, onları bir araya gətirə, aralarında müsbət əlaqələrin qurulmasına nail olmasa belə, müttəfiqlərinin bir-birinə münasibətdə neytrallığını qorumasını təmin edə bilər.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Aprel 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri