Icma.az
close
up
RU
Türkiyə Suriyada güclənir, İsrail narahatdır

Türkiyə Suriyada güclənir, İsrail narahatdır

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Suriyada hərbi mövcudluğunu gücləndirməsi regionda qüvvələr balansını dəyişə və İsrail Hərbi Hava Qüvvələrinin fəaliyyət imkanlarını məhdudlaşdıra bilər. İsrail və Türkiyə arasında qarşılıqlı fəaliyyət üçün aydın qaydaların olmaması isə iki ölkə arasında birbaşa hərbi toqquşma riskini artırır.

Bu barədə “Maariv” qəzetinin şərhçisi Anna Barski yazır.

İsrail ordusunun son günlər Suriyada həyata keçirdiyi əməliyyatlar ayrı-ayrı sərhəd təhdidlərindən daha ciddi bir problemin mövcudluğunu göstərir.

Şənbə günü İsrail ordusu İsrail sərhədinin yaxınlığında yerləşən Beyt-Cinn rayonuna zərbə endirib. Ordunun məlumatına görə, əməliyyatın hədəfi İsrail hərbçilərinə qarşı hücum hazırlığının son mərhələsində olan terrorçu olub.

Bundan qısa müddət sonra İsrailin müdafiə naziri İsrael Katz Suriyanın şimalında yerləşən Əbu-Duhur aviabazası yaxınlığında keçirilən başqa bir əməliyyatla bağlı açıqlama verib. O bildirib ki, 7 oktyabr hadisələrindən sonra İsrail potensial təhlükənin birbaşa təhdidə çevrilməsini gözləmək niyyətində deyil.

Bununla belə, Beyt-Cinn və Əbu-Duhur hadisələri arasında birbaşa operativ əlaqənin olduğu müəyyən edilməyib. Suriyanın cənubunda söhbət İsrail ordusuna hücum hazırlığından gedirdi. Şimaldakı vəziyyət isə Türkiyənin hərbi mövcudluğunu genişləndirə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqəlidir.

Əbu-Duhur aviabazası niyə diqqət mərkəzindədir?

Mübahisələrin mərkəzində Suriyanın şimalındakı Əbu-Duhur aviabazası dayanır. İsraildə ehtiyat edirlər ki, Türkiyə bu kimi obyektlərdən Suriyadakı hərbi mövcudluğunu genişləndirmək üçün istifadə edə bilər.

Aviabazada türk hərbçilərinin, radarların və ya hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı əməliyyatlarını ciddi şəkildə çətinləşdirə bilər.

ABŞ tərəfi isə hadisələrlə bağlı fərqli mövqe ortaya qoyub. ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, İsrail Türkiyənin ehtimal olunan planları barədə Vaşinqtona kəşfiyyat məlumatları təqdim edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları həmin məlumatları yoxlayıb və təsdiqini tapmayıb.

Dəməşq də Əbu-Duhurda Türkiyə hərbi bazasının yaradılması planlarını təkzib edir.

İsrailin müdafiə naziri İsrael Katz isə bildirib ki, İsrail ordusu əməliyyatın keçirilməsini bir neçə dəfə tövsiyə edib, məsələ bir sıra müşavirələrdə müzakirə olunub, Suriya tərəfinə əvvəlcədən xəbərdarlıq edilib və kəşfiyyat məlumatları ABŞ-a təqdim olunub.

Suriyanın gələcəyi uğrunda yeni mübarizə

Bir aviabaza ətrafındakı fikir ayrılıqları əslində Suriyanın gələcəyi uğrunda daha geniş mübarizəni əks etdirir. İran və Rusiyanın ölkədəki mövqelərinin zəifləməsindən sonra yaranan boşluğun bir hissəsini Türkiyə doldurmağa başlayıb.

Ankara Suriyanın yeni təhlükəsizlik sistemində ciddi təsir imkanları əldə etməyə çalışır.

Türkiyə güclü Suriya ordusunun, hərbi infrastrukturun və mərkəzi hakimiyyətin bərpasında maraqlıdır. Ankara bununla həm kürd silahlı dəstələrini cilovlamağı, həm cənub sərhədində sabitliyi təmin etməyi, həm də suriyalı qaçqınların geri qayıtması üçün şərait yaratmağı planlaşdırır.

İsrail üçün isə belə bir ssenari yeni risklər yaradır. Türkiyənin birbaşa iştirakı ilə Suriyanın hərbi gücünün bərpası müasir hava hücumundan müdafiə sistemlərinin və İsrail ordusunun fəaliyyət imkanlarını məhdudlaşdıra biləcək digər hərbi infrastrukturun yaranmasına gətirib çıxara bilər.

Uzun illər ərzində İsrailin Suriya hava məkanında sərbəst əməliyyatlar keçirmək imkanı İranın mövqelərinin möhkəmlənməsinin və “Hizbullah”a silah tədarükünün qarşısının alınmasında mühüm rol oynayıb.

Lakin Türkiyənin radarlarının, hava hücumundan müdafiə sistemlərinin və hərbçilərinin Suriyada yerləşdirilməsi İsrail ordusunun fəaliyyət şəraitini ciddi şəkildə dəyişə bilər.

Bir səhv qərar Türkiyə-İsrail toqquşmasına səbəb ola bilər

Məhz buna görə də zaman faktoru xüsusi əhəmiyyət daşıyır. Potensial təhlükəli hərbi infrastrukturun orada xarici hərbçilər yerləşdirilməzdən əvvəl məhv edilməsi daha az risk yaradır.

Əgər obyektlərdə türk hərbçiləri yerləşdirilərsə, sonradan həyata keçirilən istənilən zərbə NATO üzvü olan ölkənin hərbçilərinin ölümünə səbəb ola və Ankara ilə Qüds arasında ciddi böhran yarada bilər.

Belə bir ssenari artıq sırf nəzəri ehtimal kimi görünmür. Tom Barrakın sözlərinə görə, Türkiyə əməliyyat barədə əvvəlcədən məlumatlandırılmayıb. İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyə sərhədinə təxminən 80 kilometr yaxınlaşanda Ankarada qırıcıların havaya qaldırılması məsələsi nəzərdən keçirilib.

Belə bir şəraitdə təyyarənin səhv müəyyən edilməsi və ya bir neçə dəqiqə ərzində qəbul edilən qərar birbaşa hərbi insidentə səbəb ola bilər.

Türkiyənin bu cür təcrübəsi artıq var. 2015-ci ildə Türkiyə Hərbi Hava Qüvvələri Suriya sərhədi yaxınlığında Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurmuşdu.

Bütün ziddiyyətlərə baxmayaraq, İsrail və Türkiyənin Suriyada ortaq maraqları da qalır. Hər iki tərəf İranın genişmiqyaslı hərbi mövcudluğunun yenidən güclənməsində, İŞİD-in təsirinin artmasında və Suriyanın tamamilə parçalanmasında maraqlı deyil.

Əsas ziddiyyət isə yeni Suriyanın necə olacağı ilə bağlıdır. Türkiyə ölkənin silahlı qüvvələrinin bərpasında iştirak etmək və öz təsirini möhkəmləndirmək istəyir. İsrail isə sabit qonşunun formalaşmasında maraqlıdır, lakin həmin qonşunun onun təhlükəsizliyini təhdid edə biləcək qüvvələr üçün hərbi platformaya çevrilməsini istəmir.

Nadir Talıblı

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri