Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Türkiyə və İsrailin kəllə kəlləyə gələcəyi poliqon Kobani Deyrizor Qamışlı üçbucağı

Türkiyə və İsrailin kəllə kəlləyə gələcəyi poliqon Kobani Deyrizor Qamışlı üçbucağı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsraillə Türkiyə arasında münasibətlər getdikcə pisləşir. Ötən günlər ərzində dəfələrlə hər iki dövlətin rəsmilərinin bir-birinə qarşı kəskin ifadələrinin şahidi olduq.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan “Qılınclar qınından sıyrılarsa, kəlama və qələmə yer qalmaz” deyə, Tel-Əvivə yerini göstərdi. İsrailin Baş naziri Binyamin Netanyahu isə saxta “erməni soyqırımı”nı tanıdıqlarını bəyan etdi.

Sual oluna bilər: Azərbaycanı da yaxından maraqlandıran bu iki ölkə arasında getdikcə sivriləşən söz dueli həqiqi savaşa çevrilə bilərmi?

Siyasi şərhçi Heydər Oğuz açıq savaşın olacağına inanmır.

O, Musavat.com-a bunları deyib:

“Həm Türkiyənin, həm də İsrailin özünəməxsus çəkindirmə gücü var və heç bir dövlət bir çox riskləri gözə alıb bir-biriylə savaşmaz. Savaşarlarsa, hər ikisi bu müharibədən zərərli çıxar - biri bir qədər çox, digəri bir qədər az. Amma nəticə etibarilə bu qarşıdurma heç birinə fayda gətirməz.

Bəs, haqqında danışdığımız dövlətlərin çəkindirici gücləri nədir və bu amillər nələr vəd edir?

Qardaş ölkənin konvansional savaşda İsraildən nə qədər güclü olduğunu izah etməyə belə ehtiyac yoxdur. NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə İstanbulun bir məhəlləsi qədər olan İsraili qısa müddətdə dizə gətirər. Təbii ki, nüvə silahlarının istifadə olunmadığı bir savaşda. İsrailin isə əlində güclü nüvə silahları var və həlledici anda ondan istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz.

İsrailin digər önəmli avantajı dünyanın super gücü sayılan ABŞ-ın başına ip salıb oynatmaq məharətidir. Bu günədək girdiyi heç bir savaşda Amerika onu yalnız buraxmayıb və buraxmayacaq. Eyni zamanda Avropanın bir sıra qüdrətli dövlətləri də. Bu durumda Türkiyə ilə İsrail arasında çıxan müharibənin 7 düvelə qarşı savaşa çevriləcəyi şübhəsizdir. Türkiyənin belə bir savaşı arzuladığına inanmıram.

Bununla belə, Ankaranın da İsraillə möhtəməl bir müharibədə Tel-Əvivə yaxşı qulaqburması vermək imkanları da yox deyil. Hər halda Türkiyə hərbi qüdrət baxımından İran deyil. İrandan fərqli olaraq Türkiyə məsafə olaraq da İsrailə çox yaxındır. Hataydan Tel-Əvivə quş uçuşu məsafə cəmi 488 km-dir. Türkiyənin son zamanlar istehsal etdiyi əksər silahlar bu mənzilə rahatlıqla çatar. ABŞ və ya Avropa ölkələri İsrailin köməyinə gələnə qədər Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Keçi” şeirinin baş qəhrəmanının aqibəti yaşana bilər:

“Çoban açınca gözün, Qalar iki buynuzun”.

Qısası, İsrail ərazi dərinliyi olmayan bir dövlətdir. Nəinki Türkiyə, istənilən babat qüdrətli dövlət qısa zaman ərzində onun altını-üstünə çevirə bilər. Necə ki, 12 günlük İran savaşında Tehran ona az qala bu aqibəti yaşatdı. Məlum müharibənin cəmi 12 gün davam etməsi də İsrailin ummadığı sürprizlə qarşılanması ilə bağlı idi. Mübaliğə etmiş kimi olmayım, Türkiyənin hərbi gücü imkan verir, möhtəməl konvansional savaşda İsraili elə günə salsın ki, Netanyahu Ağlama divarlarının qarşısında dayanıb “kaş, Türkiyənin nüvə silahı olardı, bir dəfə atardı, onun da bizim də canımız qurtaradı” deyə Allaha yalvarsın. Amma bu bəd ssenarilər İsrailə və Türkiyəyə lazımdırmı? Sanmıram. Məhz bu səbəbdən də iki dövlət arasında savaş çıxmasına inanmıram”.

Siyasi şərhçi Türkiyə ilə İsrail arasında yaşanan gərginlik nəyə çevrilə bilər sualına da ətraflı cavab verib:

“Fikrimcə, bu durumda tərəflər öz vəkalət savaşçılarını ön plana çıxaracaq və onlar üzərindən müharibələrini davam etdirəcəklər. İki tərəfin vəkalət güclərinin poliqonu isə, böyük ehtimalla, Suriyanın şimal-şərqi olacaq. Zira həm İsrail, həm də Türkiyə üçün ən kritik coğrafiya Heseke-Deyrəzzor-Kobani üçbucağıdır.

Fərat çayının şərq sahillərində yerləşən bu üçbucaq ölkənin ən bərəkətli torpaqları hesab olunur. Bundan əlavə, Suriyanın neft və qaz yataqları da bu ərazilərdədir. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2015-ci il hesabatına görə, Suriyanın 2,5 milyard barel neft ehtiyatı var. Türkiyənin Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) dekabr 2024-cü il hesabatına görə isə, Suriyanın potensial ehtiyatları təxminən 6,9 milyard barelə bərabərdir. Hansı rəqəmin daha doğru olmasına baxmayaraq, Suriyanın neft və qaz ehtiyatlarının 80%-nin PKK-nın (SDG) əlində bulunduğu bildirilir.

Suriyanın su ehtiyatlarının böyük hissəsi Fəratdan axdığı və bu çaya nəzarət PKK-nın əlində olduğu üçün eyni sözləri ölkənin kənd təsərrüfatı sektoru barədə də demək mümkündür.

Qısası, ölkənin bütün gəlir sahələrinin PKK-nın əlində cəmləşməsi Suriyada ortaya çıxacaq ciddi problemlərin də qaynağına çevrilə bilər. Bəşər Əsəd dövründə hakimiyyət əsasən nusayri azlığının əlində olduğundan ərəb əşirətləri ona qarşı kürd separatçıları ilə ittifaq qurur və nəticədə etnik ayrıseçkilik indiki qədər nəzərə çarpmırdı. İsrailin “Davud dəhlizi” planını reallaşdırmaq üçün dürzilərə və kürd separatçılarına istinad etməsi istər-istəməz etnik bölünməni də gündəmə gətirdi, xüsusilə də bədəvi ərəb əşirətlərinin böyük təpkisinə yol açdı. Ərəb əşirətlərinin böyük əksəriyyəti isə SDG-nın nəzarətində olan şimali Suriyada məskunlaşıb. Bu baxımdan İsrailin etnik siyasəti və PKK-nın separatçı mövqeyi Suriyanı yeni daxili savaşlara sürükləyir, əsasən də ölkənin şimalında yaşayan sadə kürdləri ən həssas qrup halına gətirir.

Bəs, Suriya ərazisinin hardasa 30 faizinə yiyələnən və ölkənin təbii sərvətlərinin böyük qismini ələ keçirən kürd separatçıları əhalinin neçə faizini təşkil edir?

Bəri başdan deyim ki, sadə və hər zaman imperializmin qurbanına çevrilmiş kürd xalqı ilə kürd separatçılarını bir-birindən ayırmaq lazımdır. Kürd separatçılarının sayı o qədər də çox deyil. PKK əsasən kommunist əsaslı nəzəriyyələrə istinad etdiyindən əksəriyyəti mühafizəkar İslami düşüncəyə malik olan kürdlər tərəfindən də dəstəklənmir. Suriyanın etnik xarakterinə gəlincə, ABŞ-ın kəşfiyyat idarəsi CIA-nın yayımladığı “World Factbook” hesabatının 2018-ci ilin iyul ayına olan buraxılışına görə, bu ölkənin etnik bölgüsü belədir: sünni ərəblər 50%, ələvilər 15%, kürdlər 10%, levantinlər 10%, digərləri (durzi, ismaili, imami, ələvi, asur, türkmən, erməni və çeçen) - 15%. Bəzi məlumatlarda bu 15%-in yarısından çoxunu (8.3%) türkmənlər təşkil edir. Suriyanın ümumi əhalisinin 25 milyon olduğunu nəzərə alsaq, belə çıxır ki, ölkədə 2.5 kürd yaşayır. Qeyd edim ki, bu, kürdlərin xeyrinə yayımlanan hesabatdır. Bir çox mütəxəssislər hesabatla razılaşmır, kürdlərin sayının 1.5-2 milyon arasında dəyişildiyini vurğulayırlar. Hər iki halda ölkə sərvətlərinin 80%-nin, sayı 10 faizi keçməyən etnik qrupa verilməsi haqlı narazılıq doğurur və Suriyanın şimalını qanlı hesablaşmalara sürükləyir.

Məhz bu səbəblərdən də regional və qlobal güclərin partlamağa hər an hazır olan Kobani-Deyrizor-Qamışlı üçbucağında hesablaşacağı qaçılmaz kimi görünür”.

Cavanşir ABBASLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Avqust 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see223

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see218

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see215

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see163

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see160

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see158

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri