Icma.az
close
up
RU
Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın Şərqdə güc balansı dəyişir, ittifaqlar dağılır, yeniləri qurulur. Amma bir şey dəyişmir: məzhəb siyasəti hələ də geosiyasətin əsas silahıdır. İran, Türkiyə və Səudiyyə Ərəbistanı bu silahı fərqli cür istifadə etsələr də, eyni tarixi düyünün içindədirlər. Bu düyünü isə üç yüz il əvvəl bir türk hökümdarı – Nadir şah Əfşar açmağa cəhd etmişdi.

Nadir şah problemi hamıdan daha aydın görürdü: İran–Osmanlı qarşıdurmasının kökündə din yox idi. Kökdə məzhəbin dövlət ideologiyasına çevrilməsi dayanırdı. Ona görə də o, müharibəni qılıncla yox, strukturla bitirmək istədi.

Bu yanaşmanın təsadüfi olmadığını Nadir şahın Osmanlı sultanı I Mahmud-a ünvanladığı məktub açıq şəkildə göstərir. 1730-cu illərin ortalarında yazılmış həmin məktubda Nadir şah Osmanlıya açıq mesaj verirdi: İran–Osmanlı qarşıdurmasının kökündə din yox, məzhəbin siyasətə çevrilməsi dayanır.

Nadir şah Cəfəri məzhəbinin sünni İslamın beşinci hüquqi məktəbi kimi tanınmasını təklif edir və yazırdı ki, bu addım atılarsa, “müsəlman qanı daha məzhəb adı ilə axıdılmayacaq”. Bu, sadəcə dini çağırış deyildi. Bu, İran coğrafiyasını daimi müharibə məkanından çıxarmaq üçün hazırlanmış geosiyasi layihə idi.

Osmanlı bu təklifi qəbul etmədi. Çünki bu tanınma yalnız dini kompromis yox, İslam dünyasında siyasi nüfuzun paylaşılması demək idi. Beləliklə, Nadir şahın layihəsi kağız üzərində qaldı, məzhəb isə Yaxın Şərqin əsas silahlarından biri olaraq qalmağa davam etdi.

İran: məzhəbi gücə çevirmək

Bugünkü İran məhz bu yarımçıq qalan xəttin davamıdır. Teokratik sistem məzhəbi təkcə inanc yox, regional ekspansiya aləti kimi istifadə edir. Livan, İraq, Suriya, Yəmən — hər yerdə eyni mexanizm işləyir: məzhəb üzərindən legitimlik, legitimlik üzərindən təsir.

Bu model Nadir şahın qorxduğu ssenaridir: məzhəb siyasətə çevriləndə dövlət güclənmir, daxildən sərtləşir, xaricdə isə düşmən yaradır.

Səudiyyə Ərəbistanı: məzhəbi qorxu mexanizmi

Səudiyyə Ərəbistanı da məzhəbi dövlət dayağı kimi istifadə edir, amma fərqli formada. Burada məzhəb ekspansiya yox, status-kvonun qorunması üçündür. İran qorxusu Səudiyyə siyasətinin mərkəzində dayanır. Bu qorxu bir tərəfdən Tehranla qarşıdurma yaradır, digər tərəfdən isə Vaşinqton və regional tərəfdaşlarla ittifaqları möhkəmləndirir.

Son illərdə İranla münasibətlərin yumşaldılması isə prinsipial dönüş yox, taktiki fasilədir. Məzhəb hələ də oyundadır.

Türkiyə: Nadir şahın xəttinə ən yaxın model

Bu üçlükdə Türkiyə fərqli yerdə dayanır. Osmanlı dövründə sünni kimlik var idi, amma məzhəb heç vaxt total ideologiyaya çevrilmədi. Cümhuriyyət dövründə isə dövlət məzhəbi açıq şəkildə institusional çərçivəyə saldı.

Bu səbəbdən Türkiyə:

– İranla danışa bilir,

– Səudiyyə ilə əməkdaşlıq edə bilir,

– məzhəbi regional ekspansiyanın əsas alətinə çevirmir.

Bu, birbaşa Nadir şahın arzuladığı xəttə — məzhəbin neytrallaşdırılması ideyasına daha yaxındır.

Nəticə

Nadir şah uduzdu. Amma tarix göstərir ki, haqlı idi.

İran məzhəbi silaha çevirdi və regionu gərginliyə sürüklədi.

Səudiyyə məzhəblə özünü qorumağa çalışdı.

Türkiyə isə bütün ziddiyyətlərinə baxmayaraq, məzhəbi dövlətin yeganə dayağına çevirmədi.

Üç yüz il sonra Yaxın Şərq hələ də Nadir şahın verdiyi sualın içindədir:

Dövlət məzhəbi idarə etməlidir, yoxsa məzhəb dövləti?

Bu sual cavabsız qaldıqca, region nə sülh tapacaq, nə də sabitlik.

Elbəyi HƏSƏNLİ,

Sürix

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:375
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Yanvar 2026 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri