Icma.az
close
up
RU
“Türkiyə və Misir əməkdaşlıq formatının kənarındadır...”

“Türkiyə və Misir əməkdaşlıq formatının kənarındadır...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“Azərbaycan İsrail Parlamentinin Türkiyə əleyhinə “erməni soyqırımı” qətnaməsinin qarşısını aldı. Ancaq İsrailin Türkiyənin maraqlarına zidd olan bir başqa fəaliyyəti də var. İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baramın avqustun 5-də ölkəsinin yeni təhlükəsizlik konsepsiyasını təqdim edib. Buna görə İsrail, Yunanıstan və Kipr (Yunan) Respublikası Birləşmiş Ərəb Əmirlikləri üzərindən Hindistana uzanan tərəfdaşlıq oxu formalaşdırmalıdır. Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşlıq konsepsiyasına daxil edilməsi İranın bu ölkəyə hücumları fonunda İsraildən aldığı hərbi dəstəklə əlaqələndirilir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, yeni konsepsiya adı çəkilən ölkələr arasında müdafiə, texnologiya, maliyyə və qlobal logistika sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutub:

“Türkiyə və Misir əməkdaşlıq formatının kənarındadır. İsrailin məqsədi Hind-Sakit okeanını Yunanıstan və Kipr vasitəsilə Şərqi Aralıq dənizi ilə birləşdirməkdir. İsrail Hindistanla strateji tərəfdaşlığı gücləndirib, iki ölkə hərbi sahədə əməkdaşlıq edir, müdafiə xarakterli ortaq layihələr reallaşdırırlar. Amir Baram İsrail-Hindistan hərbi tərəfdaşlığının müəlliflərindən sayılır. O bu ilin iyun ayında Hindistana səfəri zamanı hərbi əməkdaşlığın genişləndirilməsi mövzularını müzakirə edib. Amir Baramın fikrincə, yeni çərçivə İsrailin ABŞ ilə ittifaqını əvəz etməməli, hərbi, iqtisadi, texnoloji və sənaye əməkdaşlığını birləşdirərək onu tamamlamalıdır. Müzakirələr ənənəvi silah köçürmələrindən kənara çıxaraq birgə inkişaf, texnologiya paylaşımı və uzunmüddətli strateji uyğunlaşma istiqamətində ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsinə yönəlib”. 

E.Şahinoğlu bildirib ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun araşdırmasına görə, İsrailin 2021-2025-ci illərdə müdafiə xarakterli ixracının 29 faizi Hindistanın payına düşüb. Ümumilikdə İsrail 4 il ərzində müdafiə xarakterli ixracından 71 milyard dollar əldə edib:

“İsrail Hindistanla yanaşı son illərdə Yunanıstan və Kipr Respublikasıyla ittifaqı gücləndirib. Birləşmiş Ərəb Əmirlikləri də işin içindədir. Hindistandan başlayaraq, Yaxın Şərq üzərindən Avropaya qədər uzanan yeni nəqliyyat dəhlizi olan İMEC İsrailin də iştirakını ehtiva edir. Bu Çinin “bir kəmər, bir yol” layihəsinə alternativdir. İMEC layihəsində rollar bu şəkildə bölüşdürülüb: İsrail və Hindistan texnologiyalara və hərbi yeniliklərə, Birləşmiş Ərəb Əmirlikləri maliyyə və logistikaya, Yunanıstan və Kipr Respublikası isə Avropaya çıxışa cavabdehdirlər. Ancaq yeni layihənin reallığa çevrilməsi üçün Yaxın Şərqdə sabitliyin bərqərar olması vacibdir. Bölgədəki silahlı qruplar, o cümlədən Yəməndəki husilər nəqliyyat layihəsini əngəlləyəcək gücdədirlər. Digər tərəfdən İMEC layihəsinin işlək olması üçün Səudiyyə Ərəbistanın da prosesdə rol alması vacibdir. Səudiyyə Ərəbistanı isə İsraillə ortaq layihədə iştiraka hazır deyil. Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla üçlü ittifaqa üstünlük verib”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Avqust 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri