Icma.az
close
up
RU
Bu səfər həm də Azərbaycan Suriya Türkiyə üçtərəfli əməkdaşlıq formatının bünövrəsini qoydu

Bu səfər həm də Azərbaycan Suriya Türkiyə üçtərəfli əməkdaşlıq formatının bünövrəsini qoydu

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan və Suriya arasında tarixi-mədəni əlaqələrin dərin kökləri mövcuddur. Hər iki xalqı islam dini ilə yanaşı, milli ortaq dəyərlər, mədəni, ədəbi ənənələr sıx bağlayır. Ölkələrimizin xalqları ticarət yolları, diplomatik əlaqələr və mədəni inteqrasiya vasitəsilə ortaq dəyərlər yaradıb.
Xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikir tarixində Suriya ərazisi coğrafi məkan kimi mühüm yer tutub. Səfəvillər dövründə Suriya coğrafiyasında Azərbaycana məxsus böyük bir siyasi-mədəni irs formalaşıb.
Dahi şairimiz İmadəddin Nəsiminin qəbrinin Suriyanın şimal-qərbində Hələb şəhərində yerləşməsi vaxtilə eyni sivilizasiya və mədəni mühitin formalaşdığını təsdiqləyir.
Ümumiyyətlə, qədim Suriya torpaqları həm də Azərbaycanın milli-mədəni xəzinəsi, zəngin incəsənət sərvətləri kimi tarixiləşib.
Ulu Öndər Heydər Əliyev hələ sovetlər birliyi dövründə Suriyaya səfər edərək Nəsiminin qəbrini ziyarət edib və buradakı milli sərvətlərimizə dərin ehtiramını nümayiş etdirib.
Müstəqil Azərbayan və Suriya arasında diplomatik əlaqələr qurulduqdan iyirmi il sonra münasibətlər kəsilib. Bunun da başlıca səbəbi Suriyanın keçmiş rejimi dövründə Azərbaycanla əlaqələrin arzuolunan səviyyədə olmaması, bu ölkənin sanki ermənilər tərəfindən idarə edilməsi, erməni diasporunun anti-Azərbaycan və anti-türk mövqeyi olmuşdur. Erməni terror təşkilatı “Asala” bu torpaqlarda terrorçu yetişdirərək vaxtilə Qarabağa göndərib.
Ancaq bu, qətiyyən Suriya xalqının münasibəti olmamış, xalq tarixi dostluğa sadiq qalaraq Azərbaycanın haqq səsinə səs verib.
Suriyada 2024-cü ilin 8 dekabrında hakimiyyət dəyişikliyindən sonra Azərbaycanla dosluq ruhu da bərpa edilib, 12 illik fasilədən sonra Azərbaycan Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Suriyada humanitar böhrandan zərər çəkmiş əhaliyə dəstək davam etdirilib.
Cənab İlham Əliyevin aprel 11-də Antalya Forumu çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa arasında ilk görüş ikitərəfli əlaqələrdə yeni müsbət təkan oldu. Bu səfər həm də Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bünövrəsini qoydu.
Əhməd əl-Şaraanın iyulun 12-də Azərbaycana səfəri isə münasibətlərin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsindən yeni imkanlar açır.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə geniş bərpa-quruculuq icra edərək təcrübə qazanıb. Həmin təcrübəni Suriyada da tətbiqi nəzərdə tutulur ki, bu da Dəməşqin ölkəmizə olan böyük etimadı deməkdir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 İyul 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri