Türkiyə və Pakistan dəniz zonasında birgə geoloji kəşfiyyat işlərini planlaşdırır
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Dövlət Neft Şirkəti - TPAO və Pakistanın üç neft-qaz şirkəti Pakistanın 40 dəniz blokunda neft və qaz kəşfiyyatı üzrə tenderdə iştirak etmək üçün birgə təklif hazırlayacaq. SİA xəbər verir ki, bu barədə razılıq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın İslamabada səfəri çərçivəsində əldə olunub.
Pakistan tərəfdən layihədə “Mari Energies”, “OGDCL” və “PPL” iştirak edəcək.
Pakistanın dəniz zonasında neft və qaz kəşfiyyatı üçün tender 2025-ci il iyun 30-da elan ediləcək.
Türkiyənin enerji naziri sazişi Ankara ilə İslamabad arasında enerji tərəfdaşlığının dərinləşdirilməsi istiqamətində növbəti addım adlandırıb.
Onun sözlərinə görə, razılıq bütün regionun enerji təhlükəsizliyinə töhfə verəcək.
Türkiyə daha əvvəl Somalinin dəniz zonasında geoloji kəşfiyyat işləri ilə bağlı razılıq əldə edib. Bu istiqamətdə işlər “Oruç Rəis” seysmik tədqiqat gəmisinin iştirakı ilə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 09 Aprel 2025 03:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















