Icma.az
close
up
RU
“Türkiyə və Rusiya arasında münasibətlərin yeni formata ehtiyacı var“ Türkiyə KİV

“Türkiyə və Rusiya arasında münasibətlərin yeni formata ehtiyacı var“ Türkiyə KİV

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Putin və Ərdoğanın ABŞ-da Trampın hakimiyyətə qayıdışını müzakirə etməsi vacibdir..."

Suriyadakı hadisələr Türkiyə və Rusiya arasındakı münasibətlərə təsir edib. Bəşər Əsədin Moskvaya qaçmasından sonra Ərdoğan və Putin arasında heç bir əlaqə olmayıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Medya Gunlugu" nəşri yazıb.

Ekspertlər xəbərdarlıq edir ki, iki ölkə liderləri beynəlxalq məsələləri, o cümlədən ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışını müzakirə etməlidir.

Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov "Medya Günlugu"nun suallarına cavab verərkən bildirib:

"Suriyada və bütövlükdə Yaxın Şərqdə yaranan yeni şərait Rusiya-Türkiyə münasibətlərini yeni mərhələyə keçirib. Bu, iki ölkə arasında gərginliyin artması və ya münasibətlərin pisləşməsi demək deyil. Əksinə, Yaxın Şərqdəki son hadisələrin fonunda münasibətlərdə yeni formata ehtiyac var.

Bəşər Əsəd Suriyada hakimiyyətdən getdikdən və Moskvaya qaçdıqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında heç bir əlaqə olmayıb.

Ötən həftə Ərdoğan "Türk axını" vasitəsilə Slovakiyaya qaz tədarükü məsələsini müzakirə etmək üçün Putinə zəng edəcəyini bəyan edib. Lakin yanvarın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hələlik Rusiya və Türkiyə liderləri arasında telefon danışığı planlaşdırılmır:

"Hələlik belə bir danışıq nəzərdə tutulmayıb, amma Putin və Ərdoğan lazım gəldikdə qısa zamanda əlaqə saxlayır. Zərurət yaranarsa, telefon danışığı baş tutacaq," - Kremlin rəsmi nümayəndəsi bildirib.

Yanvarın 20-də Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı mətbuat açıqlamasına əsasən, Ərdoğan Slovakiya baş naziri Robert Fitso ilə görüşdən sonra birgə mətbuat konfransında bəyan edib:

"Ukrayna Slovakiyaya qaz nəqlini dayandırdığı üçün dedim ki, gəlin Rusiya ilə razılaşaraq Slovakiyanın qaz tələbatını tam ödəyək. Allahın köməyi ilə bu addımı atacağıq. Mənim enerji və təbii sərvətlər nazirim bu mövzunu həmkarı ilə müzakirə edəcək, xarici işlər nazirim isə Rusiya xarici işlər naziri ilə danışıqlar aparacaq. Öz növbəmdə mən də hörmətli Putinlə danışacağam. Bu həftə telefon diplomatiyamızı həyata keçirəcyik və mən artıq Slovakiya baş nazirinin razılığını almışam".

Ərdoğan və Putin sonuncu dəfə dekabrın 3-də telefon əlaqəsi saxlayaraq iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə edib. Liderlər noyabr ayında da telefon danışığı aparıb. Bundan öncə isə Ərdoğan oktyabrın 7-də Putinlə əlaqə saxlayaraq onun doğum gününü təbrik edib və ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayıb.

Uzun müddətdir Putin Türkiyəyə səfər etməyi planlaşdırsa da, bu səfər hələ də baş tutmayıb. Siyasi ekspert Markov vurğulayıb: "Putin və Ərdoğan bir çox beynəlxalq və regional məsələləri, o cümlədən ABŞ-da prezident Donald Trampın hakimiyyətə qayıdışını müzakirə etməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri