Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Suriya Türkiyə və Rusiya arasında bölüşdürülür?

Suriya Türkiyə və Rusiya arasında bölüşdürülür?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Suriyada Hələbdən sonra Həma şəhəri də müxalif qüvvələrin nəzarətinə keçib.

Müxalif qüvvələr Həma şəhərindəki bütün hərbi hissələrindəki Əsəd rejiminin əsgərlərini şəhəri tərk etməyə çağırıb. Bununla yanaşı, Həma Hərbi Hava Limanı da nəzarətə götürülüb. Əsəd rejiminə bağlı media iddia edir ki, “Heyət Təhrir əl-Şam” Həma istiqamətinə əlavə qüvvələr gətirib və Homs istiqamətində mümkün hücuma hazırlıq işləri aparırlar. 

Məlumatlara görə, “Heyət Təhrir əl-Şam” Həmadan 40 km cənubda irəliləyib və hazırda Homsdan 2,3 km məsafədədir. Artıq Dar əl-Kəbirə, Ter Maela, əl-Qantu, Talbiseh, Deyr Foul, Ar Rastan, əl-Mali, Taldara, Besireen, Raabon, əl-Xalidiyah və Kafr Buhum qəsəbələrinin Təhrir əş-Şamın nəzarətinə keçdiyi təsdiqlənib. Böyük ehtimalla, Homs də əldən gedəcək. Nəticə etibarilə Dəməşqə yol açılacaq, Latakiya və Tartusda Rusiyanın dəniz və aviasiya hərbi bazaları mühasirəyə düşəcək. 

Maraqlıdır, bundan sonra proseslər hansı istiqamətə doğru gedəcək? Rusiya ilə Türkiyə arasında toqquşma baş verə bilər? Yoxsa Rusiya və Türkiyə rəhbərliyi bir masa arxasına gəlib Suriyada vəziyyəti yenidən nizamlayacaq?

Belə demək olarmı ki, Suriya Rusiya və Türkiyənin təsir zonalarına bölünməyə doğru gedir? İranın Suriyadan kənarlaşdırılması özünü doğrulda bilər? 

Çoxsaylı suallarla bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, istər Həma, istərsə də Homs şəhərləri kifayət qədər ciddi strateji əhəmiyyətə malikdir və iki şəhər uğrunda döyüşlər taleyüklü, bölgəni yenidən şəkilləndirə biləcək səviyyədədir:

“Əgər Suriya müxalifəti bu şəhər və bölgələrə nəzarəti tam ələ keçirə bilsə, bu, ilk növbədə ciddi strateji qələbə olacaq. Bunu da bir sıra amillərlə əlaqələndirmək mümkündür. 

Birincisi, Əsəd rejiminin Aralıq dənizi ilə əlaqəsi kəsiləcək və strateji M5 magistral yolu ilə şimala çıxışdan məhrum olacaq. İkincisi, Rusiyanın Aralıq dənizindəki hərbi bazaları faktiki olaraq bloklanacaq, çətin vəziyyətə düşəcək və Əsəd rejiminə ciddi dəstək verə bilməyəcək. Üçüncüsü, İranın etibarlı nümayəndələri Suriyanın mərkəzində üstünlüklərdən və strateji dərinlikdən məhrum olacaq. 

Dördüncüsü, Türkiyə üçün isə yalnız Türkiyə-Suriya sərhədində bölücü terror qüvvələrini məğlub etmək deyil, həm də ABŞ ilə birlikdə Suriyanın taleyini həll edəcək əsas siyasi amilə çevrilmək üçün unikal imkan yaranacaq”. 

O bildirib ki, bu dörd məqamın hər biri ayrı-ayrılıqda ciddi əhəmiyyətə malikdir və tam yeni bir mənzərə yaradır: 

“Faktiki olaraq hazırda HTŞ-nin hücumları yalnız Suriya daxilində deyil, həm də bölgədə daha geniş geosiyasi nəticələrə səbəb olur”. 

Politoloq Suriyanın Rusiya və Türkiyənin təsir zonalarına bölünəcəyini istisna etməyib: 

“Suriyada Rusiya-Türkiyə əməkdaşlığı və rəqabəti maraqlı məqamlarla yadda qalır. Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu qəbul edir, Moskva Ankaranın Suriyanın şimalında müəyyən təhlükəsizlik zonası yaratmaq istəyini başa düşür. Lakin hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan İdlibdə (HTŞ-nin nəzarətindədir) fərqli məqsədlər güdür, lakin birbaşa qarşıdurmadan çəkinirlər. Hər iki tərəfi Suriyada gedən proseslərdə narahat edən ortaq məqamlar var.

Bu mənada Türkiyə ilə Rusiyanın bu və ya başqa dərəcədə uzlaşmaya meyilli olduqlarını söyləmək mümkündür. Lakin proseslərin sonrakı gedişatı digər ciddi təsir gücünə malik xarici faktorlardan da asılıdır ki, bunu unutmaq olmaz. Burada ilk növbədə ABŞ və İranı qeyd etmək lazımdır”. 

Politoloq İranın faktiki olaraq Suriyadan sıxışdırılıb çıxarıldığını vurğulayıb:

“Hazırda faktiki olaraq İranın Suriyada sıxışdırılması prosesinin şahidi olmaqdayıq. İran hər bir halda Suriyada öz strateji mövqeyini qorumağa və genişləndirməyə çalışır. Onun hədəfləri həm hərbi, həm də ideoloji motivlərə əsaslanır. 

İran üçün Əsəd rejimi bölgədə strateji müttəfiqdir. Rejimin sabitliyi İranın Suriya vasitəsilə Livanda “Hizbullah”a dəstək verməsinə şərait yaradır. Tehran eyni zamanda İran, İraq, Suriya və Livanı birləşdirən bir "şiə təsir xətti" yaratmaq istəyir. Bu, İranın regional hegemonluğunu təmin edir. İranın Suriyada hərbi varlığı, həmçinin İsrailə qarşı strateji üstünlük əldə etməyə yönəlib. Bu, İranın İsraillə dolaylı müharibə strategiyasının bir hissəsidir. Lakin Suriyada gedən proseslər fonunda Livanda son bir ayda “Hizbullah”ın İsraildən ciddi zərbə alması, buna paralel olaraq İraqda istər “Həşdi-Şaabi” qruplaşmasının, istərsə də Müqtəda əs-Sədrin Suriyada gedən proseslərə qarışmayacaqları ilə bağlı açıqlamaları İranın bu strategiyasının ciddi şəkildə silkələnməyə məruz qaldığını söyləməyə əsas verir”. 

Əsəd rejiminin taleyi məsələsinə gəlincə, V.Zifəroğlu vurğulayıb ki, bu, gələcək siyasi proseslərdən asılıdır: 

“Nəzərə almaq lazımdır ki, son proseslər 2013-2014-cü ildəki proseslərdən daha fərqli müstəvidə cərəyan edir. Əgər həmin zaman Əsədi əvəz edəcək siyasi qüvvə yox idisə, son on ildə bir neçə qüvvənin ortaya çıxdığını görə bilirik. Lakin bölgədə marağı və iştirakı olan aktorların nə dərəcədə vahid fikir birliyinə gələcəyi şübhəlidir. Bu isə Əsədlə bağlı yekun qərarın hələki belə tezliklə verilməyəcəyini söyləməmiz üçün əsas verir. Əlavə olaraq da “Heyəti Təhrir əş-Şam” birləşməsinin də Əfqanıstandakı taliblər və ya Qəzzadakı HƏMAS kimi leqal siyasi hərəkat formasını ala biləcəyi istisna deyil. 

Zatən HTŞ rəsmi olaraq “ən Nusra” keçmişindən imtinasını bəyan edib və Suriya üzərində fokuslandığını bildirib.“Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Əl-Colaninin CNN telekanalına müsahibəsində də səsləndirdiyi fikirlər bunu təsdiq edir. Müsahibədə Əl-Colani dəfələrlə vurğuladı ki, HTŞ-nin hədəfi Əsəd rejiminə son qoymaqdan başqa bir şey deyil. O, ilk dəfə mediaya verdiyi açıqlamada institutlara əsaslanan hökumət və “xalqın seçdiyi şura” yaratmaq planlarından danışıb”. 

V.Zifəroğlu ABŞ-nin Suriya strategiyasında heç bir dəyişiliyin olmayacağını bildirib. "ABŞ-nin strateji hədəfləri sırasında ilk yeri isə Rusiya və İranın bölgədə artan təsirini məhdudlaşdırmaq, Türkiyəni isə özündən asılı vəziyyətə salmaq istəyi durur. Həmçinin, Suriyanın enerji mənbələrinə nəzarət Vaşinqtonun uzunmüddətli maraqlarına daxildir. 

Həm Türkiyəyə təzyiq, həm də eneji mənbələrinə nəzarəti təmin etmək üçün ABŞ bölücü kürd terror qruplaşmalarından maksimum dərəcədə faydalanır. 

Rusiya və İrana qarşı isə zaman-zaman radikal islami qruplaşmalar vasitəsilə müəyyən həmlələr edir. Eyni zamanda, bölgədə İsrail Amerikanın başlıca və strateji müttəfiqidir. ABŞ, İranın Suriya vasitəsilə Livana və “Hizbullah”a uzanan "şiə hilalı" strategiyasını dağıtmağa çalışır. Bu mənada Bayden və ya Trampın prezidentliyindən asılı olmayaraq, bu strategiya dəyişmir”. 

YunisAbdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri