Türkiyə və Yunanıstan arasında böhran dərinləşir
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Türkiyə və Yunanıstan arasında Ege dənizi və Qərbi Frakiya sərhəd xəttində hərbi gərginliyi artıran addımlar atılıb. Tərəflər son günlərdə sərhədyanı bölgələrə qarşılıqlı olaraq xüsusi təyinatlı komando birliklərini dislokasiya etməyə başlayıblar.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin qərarı ilə Tuncelidə yerləşən 51-ci Komando Briqadası Sisam (Samos) adasının qarşısında yerləşən Aydın vilayətinin Söke rayonuna köçürülüb. Təxminən 2 min nəfərlik şəxsi heyətdən ibarət peşəkar komando birliyinin Ege sahlinə yerləşdirilməsi bölgədəki hərbi balansa təsir edən vacib gediş kimi qiymətləndirilir.
Afina rəhbərliyi isə bu addıma cavab olaraq Türkiyə ilə quru sərhədinin yerləşdiyi Meriç bölgəsindəki Meqalo Dereyo yaşayış məntəqəsinə daimi xüsusi təyinatlı komando birliyi yerləşdirib. pizza
Mütəxəssislər hər iki ölkənin eyni vaxtda elit hərbi hissələrini sərhəd bölgələrinə çəkməsini regionda çəkindiricilik siyasətinin və təhlükəsizlik tədbirlərinin yeni mərhələsi kimi dəyərləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 22 Sentyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















