Icma.az
close
up
RU
Türkiyə Yunanıstan arasında gərginlik Yeni mərhələ başlayır?

Türkiyə Yunanıstan arasında gərginlik Yeni mərhələ başlayır?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Avropa müdafiəsində mühüm rol alması Afinada ciddi narahatlıqlara səbəb olub. Belə ki, Avropa ölkələri Ankaranı əvəzolunmaz tərəfdaş hesab edir və Türkiyənin “Eurofighter” təyyarələri, Meteor raketləri ilə güclənəcəyi gözlənilir. Türkiyə həm strateji güc kimi önə çıxır, həm də Avropa üçün potensial təhlükə kimi qiymətləndirilir.

Maraqlıdır, illərdir davam edən Türkiyə-Yunanıstan gərginliyi fonunda yeni mərhələ başlaya bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Yunanıstan əhali sayı və ərazi böyüklüyünə görə hər zaman Türkiyəyə paxıllıq hissi ilə yanaşıb. Onun sözlərinə görə, Yunanıstan əhali sayı özündən 9 dəfə çox olan Türkiyə ilə başabaş siyasət yürütməyə çalışır:

“Bəzən bu xüsusən də dənizlərdə təhlükələr yaradır. Zaman-zaman danışıqlar sayəsində gərginliyin azalması tendesiyası baş verir. Buna baxmayaraq, Yunanıstan höküməti, dəyişən baş nazirlər hər zaman Türkiyə əleyhinə Avropada siyasət yürütməyə çalışıb. İndi də bölgədə Türkiyənin artan gücündən narahatdırlar. ABŞ təhlükəsizlik çəmbərini Avropanın üzərindən çəkəndən sonra Türkiyənin Avropada rolu arta bilər. Bu da Yunanıstanı narahat edə bilər”.

E.Şahinoğlu qeyd edib ki, başqa dövlətlərin Türkiyə texnologiyasına ehtiyacı var:


“İtaliya belə, Türkiyədən dronlar almaqla bağlı saziş imzalayıb. Türkiyəni Avropa İttifaqına qəbul etməsələr də, bölgədə yeri və rolu bəllidir. Rusiya-Ukrayna müharibəsində də Türkiyə əsas vasitəçilərdən biridir. Təsadüfi deyil ki, ukrayna Prezidenti Volodimir Zelenski də deyib ki, Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələr arasında mütləq Türkiyə də olmalıdır. Rusiya da Türkiyənin təşəbbüsləri ilə razılaşır”.

Politoloq sonda vurğulayıb ki, Yunanıstan əlində olan resurslarla bu proseslərə mane ola biləcək güc və potensialda deyil.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Mart 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri