Icma.az
close
up
RU
Türkiyə və Yunanıstan əməkdaşlıq kursuna qayıdır: Ankarada 7 sənəd imzalanıb

Türkiyə və Yunanıstan əməkdaşlıq kursuna qayıdır: Ankarada 7 sənəd imzalanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Afina, 11 fevral, AZƏRTAC

Ankarada Türkiyə ilə Yunanıstan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iki ildən sonra ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən yeddi sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak ediblər.

Altı sənəd iki ölkənin müvafiq nazirləri tərəfindən imzalanıb, bir sənəd – Türkiyə və Yunanıstan hökumətləri arasında birgə bəyannamə isə liderlər tərəfindən təsdiqlənib. Sazişlərin iqtisadiyyat, ticarət, turizm, nəqliyyat və digər əməkdaşlıq istiqamətlərini əhatə etdiyi bildirilib.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində və konstruktiv dialoq yolu ilə həllinin vacibliyini vurğulayıblar. Yunanıstanın Baş naziri bəyan edib ki, Egey dənizində kontinental şelf və müstəsna iqtisadi zonalar kimi mürəkkəb məsələlər üzrə tərəflər razılığa gələ bilmədikdə beynəlxalq məhkəmə mexanizmlərindən istifadə variantı istisna edilmir. Onun sözlərinə görə, iki ölkə eyni regionda yerləşir və coğrafiya dəyişməz olsa da, əməkdaşlıq imkanları genişdir.

Türkiyə Prezidenti isə bildirib ki, mövcud çətinliklər mürəkkəb olsa da, beynəlxalq hüquq çərçivəsində həll oluna bilər. O, tərəflər arasında xoş niyyətin, açıq dialoqun və qarşılıqlı hörmətin əsas prinsip kimi qorunmasının vacibliyini qeyd edib. Ərdoğan, həmçinin Türkiyə ilə Yunanıstanın NATO müttəfiqi olduğunu xatırladaraq regional təhlükəsizlik və sabitlik məsələlərində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Məlumata görə, son illərdə Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı qarşılıqlı bəyanatlar və hərbi-texniki addımlar fonunda münasibətlərdə gərginlik müşahidə olunub. 2023-cü ildə imzalanmış Afina Bəyannaməsi birtərəfli addımlardan çəkinməyi və dialoqu gücləndirməyi hədəfləsə də, 2025-ci ilin ortalarından etibarən tərəflər arasında ritorika yenidən sərtləşmişdi.

Ankarada keçirilən hazırkı görüşün əsas məqsədi münasibətləri əməkdaşlıq məcrasına qaytarmaq və gərginliyi azaltmaq kimi qiymətləndirilir. Diplomatik mənbələrin bildirdiyinə görə, tərəflər qarşılıqlı ticarət dövriyyəsini artırmaq niyyətindədirlər. Hazırda illik ticarət həcmi təxminən 7 milyard dollar təşkil edir və bu göstəricinin 10 milyard dollara çatdırılması hədəflənir. Turizm və nəqliyyat sahələri də əməkdaşlığın əsas istiqamətləri kimi qeyd olunur.

Görüşdə, həmçinin qanunsuz miqrasiya ilə mübarizə, regional təhlükəsizlik və Kipr məsələsi üzrə fikir mübadiləsi aparılıb. Tərəflərin yekun sənədlərdə mübahisəli zonalarda birtərəfli təşəbbüslərdən çəkinmək çağırışını bir daha təsdiqləməsi gözlənilir.

Beləliklə, Ankarada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşdırılması və əməkdaşlıq istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri