Ankarada Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ankara, 9 oktyabr, AZƏRTAC
Cümə axşamı, oktyabrın 9-da Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Zakir Həsənovu paytaxtın Mərkəzi Ordu Evinin girişində qarşılayıb, daha sonra tərəflər arasında geniş müzakirə aparılıb.
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündən əvvəl iki qardaş ölkənin müdafiə nazirləri arasında danışıqlar olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

