Icma.az
close
up
RU
Türkiyə vətəndaşına qarşı taksi dələduzluğu

Türkiyə vətəndaşına qarşı taksi dələduzluğu

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə vətəndaşına qarşı dələduzluq etmiş şəxs həbs olunub. Avtosfer.az xəbər verir ki, hadisə Şirvan şəhərində baş verib. Taksi faliyyəti ilə məşğul olan E.B. Türkiyə vətəndaşı Ş.A-nı müştəri kimi tanıyıb. E.B. Türkiyə vətəndaşını Hacıqabul rayonuna aparan zaman müştəri Azərbaycanda taksi fəaliyyətinin gəlirli olub-olmaması ilə maraqlanaraq bildirib ki, o da avtomobil alaraq taksi kimi icarəyə vermək istəyir. E.B. bu məsələdə ona kömək edə biləcəyini deyib. Türkiyə vətəndaşı E.B. ilə danışdıqdan sonra elə onunla birlikdə Bakıdakı maşın bazarlarından birinə gedib və oradan iki avtomobil alıb. Bir müddət keçdikdən sonra isə E.B. ona Şirvan şəhərində "Hyundai İ30” markalı avtomobil satıldığını bildirib. E.B.-nin məsləhəti ilə həmin avtomobili 14 300 manata alıb. Türkiyə vətəndaşı aldığı avtomobili elə E.B.-nin özünə icarəyə verib. E.B. bir qədər sonra Ş.A.-dan maşına sərəncam verilməsinə dair etibarnamə istəyib. Bildirib ki, bu halda daha yaxşı işləyə bilər. Türkiyə vətəndaşı onunla razılaşaraq etibarnamə verib. Problem də bundan sonra başlayıb. Ş.A. bir müddət sonra maşının sahibinin dəyişdiyini görüb və məsələnin nə yerdə olduğunu anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. E.B. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib. E.B. məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Lakin məhkəmə onun ifadəsinin özünü müdafiə xarakteri daşıması qənaətinə gəlib. Məhkəmənin hökmü ilə E.B. 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb (Qaynarinfo).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 May 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri