Icma.az
close
up
RU
Türkiyə vətəndaşına qarşı dələduzluq edən xüsusi nümayəndə həbs edildi: TƏFƏRRÜAT

Türkiyə vətəndaşına qarşı dələduzluq edən xüsusi nümayəndə həbs edildi: TƏFƏRRÜAT

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özünü "prezidentin xüsusi nümayəndəsi" kimi təqdim edərək Türkiyə vətəndaşı Muhammet Cilə qarşı xeyli miqdarda dələduzluq edən 1992-ci il təvəllüdlü Nicat Əhmədzadənin məhkəmə prosesi başa çatıb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, N.Əhmədzadə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluğun təkrar törədilməsi), 178.2.4 (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə üzrə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nicatın törətdiyi əmələ gəlincə, o, işğaldan azad olunmuş ərazilərdəki qurumların birinin texniki işçisi kimi fəaliyyət göstərib. Bu müddətdə Nicat Əhmədzadə Muhammet Cilə özünü rəhbər vəzifədə çalışan biri kimi təqdim edib və tezliklə Prezidentin Şuşa şəhəri xaric, digər işğaldan azad olunmuş ərazilər üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunacağına dair yalan məlumat verib. O, bunun üçün 8 min manata ehtiyacı olduğunu bildirərək həmin məbləği Türkiyə vətəndaşından alıb.

Ümumilikdə zərərçəkənə 14 min manat ziyan vuran 32 yaşlı Ağdam sakini növbəti görüşdə artıq təyinatının rəsmiləşdiyini, Muhammetə də onu özünə müavin götürəcəyini bildirib.

Prosesin davamında isə Nicat Əhmədzadə Türkiyə vətəndaşına guya müavin təyinatını da rəsmiləşdirdiyini bildirib və ona saxta xidməti vəsiqənin fotoşəkilini göndərib. Bu azmış kimi, təqsirləndirilən şəxs təyinatla bağlı saxta məxfi məktub da hazırlayıb. Üstəlik ona artıq maaşının da hesablandığını və bank kartının fotosunu nümayiş etdirib.

Dələduzluğun üstü isə Muhammet Cilin bank kartını internet üzərində yoxlamasından sonra açılıb. Bəlli olub ki, Nicat Əhmədzadə zərərçəkmişə təqdim etdiyi bank kartının şəklini Azərbaycan Beynəlxalq Bankının internet saytından götürüb və üzərində fotoşopla işləyərək əmək haqqı kartının sahibinin adını Muhammet Cil kimi dəyişib.

Bununla yanaşı, Nicat daha da inandırıcı olması üçün öz şəxsi evində kompüter vasitəsi ilə Prezidentin köməkçisi Kərəm Həsənovun adından işə qəbulla bağlı saxta sənəd hazırlayıb və sənədi onun adından imzalayıb.

Qeyd edək ki, məhkəmə tərkibi Nicat Əhmədzadənin himayəsində azyaşlı uşağının olmasını və Vətən müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see160

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see150

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see134

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri