Türkiyə XİN dən Rusiyanı qəzəbləndirəcək BƏYANAT
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən qanunsuz ilhaqının 12-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanata görə, Rusiya tərəfindən qeyri-legitim referendum nəticəsində həyata keçirilmiş Krımın qanunsuz ilhaqının 12-ci ildönümündə Türkiyə bu faktı bir daha tanımadığını bəyan edir.
“Beynəlxalq hüquqa zidd olan bu faktı tanımadığımızı bir daha təsdiqləyirik”, - deyə açıqlamada vurğulanıb.
Qeyd olunub ki, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Türkiyə yarımadada baş verən hadisələri, ilk növbədə Krım tatarlarının vəziyyətini diqqətlə izləməyə davam edəcək və bu məsələni gündəmdə saxlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Mart 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















