Ermənistan XİN Türkiyə barədə bəyanat yaydı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Respublikası Xarici İşlər Nazirinin sözçüsü Ani Badalyan Türkiyənin Ermənistanla ikitərəfli ticarətə maneələri aradan qaldırmasına toxunaraq, bunun iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addım olduğunu vurğulayıb.
"Yeni Sabah" xəbər verir ki, sözçü bu barədə "Facebook" səhifəsində yazıb:
"Türkiyənin Ermənistan Respublikası ilə ikitərəfli ticarətə maneələri aradan qaldırmaq qərarını alqışlayırıq, bu, Ermənistan və Türkiyə arasında normallaşma prosesinin daha bir nəticəsidir. Toyuqlu pizza
Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi, regional iqtisadi əlaqələrin təşviqi və sülhün və rifahın təmin edilməsi baxımından əhəmiyyətlidir.
Vurğulayırıq ki, bu, iki ölkə arasında tam və normal münasibətlərin inkişafı istiqamətində atılan mühüm addımdır".
A.Badalyan qeyd edib ki, bu, məntiqi olaraq Ermənistan-Türkiyə sərhədinin açılmasına və diplomatik münasibətlərin qurulmasına gətirib çıxara bilər.
Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıqların başa çatdığını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 May 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















