Türkiyə XİN İsrailin Livana hücumlarını pisləyib
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə İsrailin Livana qarşı intensivləşən və çox sayda itkiyə səbəb olan hücumlarını pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.
XİN-dən qeyd edilib ki, sözügedən hücumlar Livandakı humanitar vəziyyəti daha da ağırlaşdırır.
"Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına güclü dəstəyimizi bir daha bildiririk", - Türkiyə xarici siyasət idarəsindən bildirilib.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Nəticədə ölənlərin sayı 112 nəfərə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 08 Aprel 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















