Türkiyə XİN Qara dənizdə yük gəmisinə hücum barədə məlumat yayıb
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mayın 28-də Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə pilotsuz təyyarə hücumu nəticəsində iki nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib:
"Vanuatu bayrağı altında üzən və Ukraynanın Odesa limanından Türkiyəyə quru yük daşıyan Türkiyəyə məxsus gəmi dünən gecə pilotsuz təyyarənin hücumuna məruz qalıb. Gəmidə olan iki vətəndaşımız yüngül xəsarət alıb. Odessadakı Baş Konsulluğumuz gəmidəki vətəndaşlarımızla bağlı vəziyyəti yaxından izləyir. Maraqlı tərəflərə müharibənin nəzarətsiz şəkildə şiddətlənməsinə səbəb ola biləcək addımlardan çəkinmələri barədə xəbərdarlıq edirik. Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək və müharibəyə danışıqlar yolu ilə son qoyulması yönündə çağırışlarımız qüvvədə qalır”, - deyə bəyanatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 May 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















