Türkiyə XİN: Vaşinqtonda atılan addım regional sülh baxımından son dərəcə mühümdür
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 9 avqust, Günel Karatepe, AZƏRTAC
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-də Vaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Beynəlxalq münaqişə və böhranların getdikcə artdığı bir dövrdə atılan bu addımı regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə mühüm bir hadisə kimi dəyərləndirən Türkiyə XİN ABŞ Administrasiyasının prosesə verdiyi töhfələri yüksək qiymətləndirib.
“Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi bir fürsət əldə olunub. Türkiyə olaraq, bu fürsətin reallaşdırılması üçün göstərilən səylərə töhfə verməyə davam edəcək və Can Azərbaycanın fədakarlıqla davam etdirdiyi səyləri dəstəkləyəcəyik” - deyə açıqlamada bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Avqust 2025 06:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















