Icma.az
close
up
RU
Vaşinqtonda atılan imza: Azərbaycanın liderliyinin təsdiqidir

Vaşinqtonda atılan imza: Azərbaycanın liderliyinin təsdiqidir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanması Azərbaycanın son 30 ildə əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biridir.

Bu sənəd, yalnız bir münaqişənin sona çatmasının deyil, Azərbaycanın bölgədə lider dövlət kimi qəbul olunmasının, öz suveren siyasətini həyata keçirmək gücünün rəsmi təsdiqidir.

Bu tarixi mərhələnin baş memarı isə şübhəsiz ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Məhz Prezident İlham Əliyevin illərlə apardığı qətiyyətli, uzaqgörən və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan əvvəlcə döyüş meydanında, indi isə diplomatik masada tam qələbə qazandı.

44 günlük Vətən Müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı, Ordumuzun şücaəti və Ali Baş Komandanın dəmir iradəsi ilə yazılan tarixi Qələbəmiz isə Vaşinqtonda atılan imza ilə hüquqi və siyasi zəfərə çevrildi.

Laçın dəhlizinə nəzarətin bərpası, Xankəndi və ətraf rayonlarda tam suverenliyimizin təmin edilməsi, separatçılığın kökünün kəsilməsi, sülhməramlıların ölkədən çıxarılması kimi tarixi hadisələr Prezidentin iradəsi və xalqın dəstəyi ilə mümkün oldu. İndi isə Vaşinqtonda atılan imza, bu Zəfərin hüquqi və siyasi nəticəsidir.

Amma nə yazıq ki, bu uğurları müəyyən bəzi xarici dairələrin olduğu kimi, “daxili düşmənlərin” də gözü götürmür. Onlar hər zaman olduğu kimi, bu dəfə də , Prezidentimizin, dövlətimizin tarixi uğuruna kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Mənim fəlsəfəmə görə, dini baxışından, milliyətindən, partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs dövlətimizin yaxşı və pis günündə həmrəylik nümayiş etdirməlidir. 

Ancaq təəssüflər olsun ki, Vətən Müharibəsi zamanında bəziləri öz çirkin mövqelərilə yadda qaldılar. O zaman da müəyyən şəxslərlə yanaşı, AXCP və Müsavat partiyaları milli həmrəylik çağırışlarına qoşulmadılar, dövlətimizin, Ordumuzun yanında olmaq əvəzinə, öz köhnəlmiş siyasi ambisiyalarını dövlətimizin maraqlarından üstün tutdular. Təəssüf ki, hazırda da Azərbaycanın növbəti siyasi qələbəsinə kölgə salınması istiqamətində eyni xətt davam etməkdədir.

Vaşinqtonda atılan imza Azərbaycanın diplomatik suverenliyinin, siyasi iradəsinin və regionda lider mövqeyinin təsdiqidir. Bu həqiqəti qəbul etməyənlər ya kor, ya da düşmənlə eyni cəbhədədir.

Azərbaycan sülhlə bağlı öz haqq səsini bir daha dünyaya çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ölkəmiz savaş meydanında olduğu kimi, diplomatik masada da qalib gəldi.  Qələbəmiz şəhidlərimizin canı, qazilərimizin qanı ilə yazılıb, Ordumuzun gücü ilə qorunub, Xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanımızın, Prezidentimizin qətiyyəti ilə təsdiqlənib.

Tanrı bütöv Azərbaycanımızı qorusun!

Səbinə Salmanova,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Avqust 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri