Türkiyə Yaxın Şərq planı hazırlayır
Icma.az bildirir, Axar.az portalına istinadən.
Türkiyə ABŞ-la Yaxın Şərq üçün danışıqlar aparacaq və ortaq planlar hazırlayacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti Suriyadakı son hadisələrlə bağlı məqaləsində bildirib.
“Donald Tramp Suriyada silahlı müxalifəti hakimiyyətə gətirən son hadisələrin arxasında duran əsas qüvvələrin Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu demişdi. Öz növbəsində Türkiyə prezidenti Tramp vəzifəyə gəldikdən sonra Suriya ilə bağlı danışıqlara ümid etdiyini və onları region üçün vacib hesab etdiyini vurğulamışdı. Dünənə qədər Türkiyə daha çox tarazlığı nəzərə alaraq regionun bir neçə ölkəsi ilə eyni vaxtda hərəkət edirdi. İndi, deyəsən, ABŞ-la birgə planlar və ya hesablaşmalar vəziyyəti yaranıb. Şübhəsiz ki, müəyyən müzakirələr və ya danışıqlar olacaq. Şübhəsiz ki, proseslər bəzən əngəllənəcək. Amma ümumiyyətlə, birgə fəaliyyət üçün əsas pozulmayacaq”, - nəşr bildirib.
Qəzet hesab edir ki, ABŞ-la danışıqlar Türkiyədə mövcud hakimiyyəti qoruyub saxlamağa kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















