Icma.az
close
up
RU
Yaxın Şərq xaosa doğru: Türkiyə İsrail savaşı reallaşır?

Yaxın Şərq xaosa doğru: Türkiyə İsrail savaşı reallaşır?

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.


“İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Berzi bölgəsində yerləşən hərbi obyektə raket zərbəsi endirib. Bu barədə Suriya telekanalı məlumat yayıb. Bildirilib ki, hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayış olub. Hava hücumuna məruz qalan obyekt Suriyanın keçmiş ordusuna məxsusdur. İsrailin Suriyada əməliyyatlar həyata keçirməsində 3 əsas məqsəd var. Birincisi Türkiyənin bu ölkədə güclənməsi ilə bağlıdır. İsrail iddia edir ki, Türkiyə Palmira şəhəri yaxınlığındakı T4 aerodromuna nəzarəti ələ keçirmək niyyətindədir".

Bunu xalqcəbhəsi.az-a politoloq Zeynal Əmirəliyev deyib.

Politoloq bildirib ki, Türkiyə uzun müddətdir ki, bu baza ətrafında möhkəmlənir: “Rəsmi Ankaranın bu ərazidə hava hücumundan müdafiə sistemləri yerləşdirilməsi İsrailin Suriyada tətbiq etdiyi əməliyyat sisteminə mane olur. Rəsmi Təl-Əviv vəziyyətin bu şəkildə dəyişməsindən məmnun deyil və Türkiyənin geri addım atması, Suriyada daha da möhkəmlənməsinin qarşısını almağa çalışır. İkinci bir məqam isə Suriyadakı Əhməd əl-Şara hökuməti ilə bağlıdır. Aydın məsələdir ki, İsrail hər nə qədər Bəşər Əsədin hakimiyyətdən devrilməsini arzuladısa keçmiş cihadçı əl-Şaranın hakimiyyətə gəlməsindən də məmnun deyil. Hələ Əsədin devrildiyi ilk günlərdə İsrail uzun illərdir əlində saxladığı Colan təpəliklərinin ətrafındakı mühüm su mənbələrini elə keçirərək bundan yeni hökumətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, həm də ərazidə yerləşən hərbi qüvvələrinin təhlükəsizliyini təmin etməyi hədəfləyirdi”.

Z.Əmirəliyev əlavə edib ki, Yəhudi dövləti bununla bərabər, eyni zamanda, yeni hökumətə və Türkiyəyə qarşı kürd və druz qruplarını dəstəkləyirdi: “Ancaq əl-Şara hökuməti bu qruplarla məsələni sülh yolu ilə həll etməyə nail oldu. Bununla belə, rəsmi Təl-Əviv Türkiyənin Suriyada güclənməsini qəbul etmək istəmir. İsrailin müdafiə naziri Yisrael Kats məsələ ilə bağlı olduqca kəskin açıqlama verib. Nazir bildirib ki, İsrailin təhlükəsizliyini təhdid edən qüvvələrin Suriyaya yerləşdirilməsinə heç bir halda dözülməyəcək. Kats konkret olaraq Suriya Prezidenti Əbu Məhəmməd əl-Colaniyə – Əhməd əL-Şara səslənərək belə deyib: “Colaniyə xəbərdarlıq edirəm: əgər düşmən qüvvələrin Suriyaya daxil olmasına və İsrailin təhlükəsizlik maraqlarını təhdid etməsinə icazə versəniz, çox ağır bir bədəl ödəyəcəksiniz”. Bu onu göstərir ki, İsrail Suriyanın müvvəqəti hökumətinə təzyiq siyasətini davam etdirəcək. Təl-Əvivin sərt addımlar atmasının başqa bir səbəbi isə Donald Trampın Suriyada İsrailin deyil, daha çox Türkiyənin mövqelərini müdafiə etməsidir. Hələ Tramp and içməmişdən əvvəl Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəklərini bildirmişdi. Buna görə də İsrail həm də ABŞ-yə göstərmək istəyir ki, o, olmadan Suriyada qalıcı sülh mümkün deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri