Icma.az
close
up
RU
“Türkiyə Yaxın Şərqin əsas aktoruna çevrilir” ŞƏRH

“Türkiyə Yaxın Şərqin əsas aktoruna çevrilir” ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə paktı Yaxın Şərqdə Türkiyənin geosiyasi və hərbi mövqeyini daha da gücləndirəcək. Türkiyə bundan sonra Yaxın Şərqdə daha ciddi söz sahibi olan əsas aktorlardan birinə çevrilə bilər”.

Gununsesi.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“İran uzun illər ərzində proksi qüvvələr vasitəsilə Yaxın Şərqdə öz təsir dairəsini və hərbi mövqeyini genişləndirməyə çalışıb. Suriyadan Yəmənə qədər İranın dəstəklədiyi müxtəlif proksi qüvvələrin mövcudluğu regionda təhlükəsizlik arxitekturasına ciddi təsir göstərib. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan yeni müdafiə mexanizmi İranın regionda təsir dairəsinin daha da genişlənməsinin qarşısının alınmasına yönəlmiş mühüm addım ola bilər.

Təbii ki, yeni ittifaqın qarşıdakı mərhələdə daha çevik mexanizmlər formalaşdırması və İranın proksi qüvvələrinə qarşı yeni təhlükəsizlik mexanizmlərinin hazırlanması mümkündür. Bu proses xüsusilə Yəməndə husilərlə bağlı məsələdə özünü göstərə bilər. İraqda İranın dəstəklədiyi silahlı qruplar və Suriyadakı proseslər də bu baxımdan diqqət mərkəzində olacaq.

Lakin burada bir məqamı xüsusilə qeyd etmək lazımdır: əgər Yəməndə husilər Səudiyyə Ərəbistanına hücum edərsə, bu, avtomatik olaraq Türkiyənin və ya Pakistanın İrana qarşı müharibəyə başlaması anlamına gəlməyəcək. Eyni zamanda, tərəflərdən birinə qarşı real hərbi təcavüz və ya quru qoşunları ilə işğal cəhdi baş verərsə, müdafiə paktının müvafiq mexanizmlərinin işə düşməsi mümkündür. Məsələn, Səudiyyə Ərəbistanına qarşı real işğal təhlükəsi yaranarsa, Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına hərbi və siyasi dəstək verməsi gündəmə gələ bilər. Eyni hal Türkiyə və ya Pakistana qarşı real hərbi təcavüz baş verdiyi halda da nəzərdən keçirilə bilər.

Bununla belə, raket və ya dron hücumlarının hər birinin avtomatik olaraq kollektiv müdafiə mexanizmini işə salacağını düşünmək düzgün olmaz. Burada əsas məsələ hücumun miqyası, xarakteri və dövlətlərin ərazi bütövlüyünə yaratdığı təhlükə olacaq.

Hesab edirəm ki, gələcəkdə bu mexanizmə Misirin və digər ərəb ölkələrinin də qoşulması mümkündür. Belə bir genişlənmə Yaxın Şərqdə yeni hərbi-siyasi təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxara bilər.

Təbii ki, İran bu prosesdən narahatdır və Tehran bunu müəyyən mənada ABŞ-ın regiona yenidən daha fəal şəkildə cəlb olunması kimi də qiymətləndirə bilər. Lakin burada başqa bir məqam da var: Türkiyə NATO üzvüdür və NATO üzvü olan Türkiyənin Yaxın Şərqdə təhlükəsizlik məsələlərində daha fəal rol alması ABŞ-ın da strateji maraqları ilə müəyyən qədər üst-üstə düşür.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan bu hərbi-siyasi əməkdaşlıq uğurlu olarsa, Yaxın Şərqdə yeni təhlükəsizlik balansının əsas elementlərindən birinə çevrilə bilər. Bu pakt İranın proksi qüvvələrinin fəaliyyətinə qarşı yeni mexanizmlərin yaradılmasına və regionda güc balansının dəyişməsinə ciddi təsir göstərə bilər”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri