Icma.az
close
up
RU
TürkiyəAzərbaycan diplomatik əlaqələrinin 33cü ili

TürkiyəAzərbaycan diplomatik əlaqələrinin 33cü ili

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 33 il ötür.

Turkustan.az xəbər verir ki, Azərbaycan Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra 1992-ci il yanvarın 14-də Türkiyə Respublikasının Bakıdakı Baş Konsulluğunun səfirliyə çevrilməsi ilə başlayan diplomatik əlaqələr “bir millət, iki dövlət" prinsipi ilə gündən-günə inkişaf etdirildi və son 33 ildə müttəfiqlik səviyyəsinə qaldırıldı.

Türkiyə-Azərbaycan münasibətlərinin tarixi əslində 33 il əvvələ deyil, Azərbaycanın müstəqilliyini elan etdiyi 1918-ci ildən başlayır.

Daha sonra Sovetlərin dağılması və Azərbaycanın ikinci dəfə müstəqilliyini elan etməsi ilə iki qardaş ölkə 70 ildən sonra yenidən bir araya gəldi. Türkiyə Cümhuriyyəti Nazirlər Şurası 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyinin tanınması haqqında qərar qəbul etdi. Beləliklə, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu.

Prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin dövründə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atıldı, müqavilələr imzalandı, lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident Heydər Əliyevin Türkiyə və Azərbaycan üçün işlətdiyi “bir millət, iki dövlət” sözləri münasibətlərdə təməl prinsip oldu. Heydər Əliyevlə Süleyman Dəmirəl dostluğu da münasibətlərdə fəal rol oynayıb.
Prezident İlham Əliyev də Heydər Əliyevin siyasi xəttini davam etdirərək Türkiyə ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi siyasətinin prioritetini qoruyub saxladı.
İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə 2010-cu il sentyabrın 16-da Prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizmi yaradılmışdır. Hər il toplanan şurada əlaqələrin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul edilib, müqavilələr imzalanıb.

1992-ci ildən bu yana iki ölkə arasında hərbi məsələləri əhatə edən 100-ə yaxın saziş və protokol imzalanıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Yanvar 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri