Türkiyədə 266 məhkum xəstəxanalıq oldu Qidadan zəhərləniblər
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Sakarya şəhərinin Ferizli rayonunda yerləşən Açıq Tipli Cəzaçəkmə Müəssisəsində kütləvi qida zəhərlənməsi baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, zəhərlənmə şübhəsi ilə 266 məhkum təcili yardım maşınları ilə ətrafdakı şəhər xəstəxanalarına yerləşdirilib.
Bildirilib ki, axşam yeməyində məhbuslara balıq konservi verilib. Yeməkdən sonra bir çox məhkum qusma və ürəkbulanma şikayətləri ilə müəssisənin xəstəxanasına müraciət edib.
Hadisədən sonra axşam menyusundakı qidalardan nümunələr götürülərək laboratoriyalara göndərilib.
Rəsmi mənbələr məhkumların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu, həyatlarına təhlükə olmadığını və ambulator müalicənin davam etdirildiyini açıqlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 23 Noyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















