Icma.az
close
up
RU
Türkiyədə 310 idmançı vergidən yayınıb

Türkiyədə 310 idmançı vergidən yayınıb

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi, eləcə də Vergilərə Nəzarət Komitəsi (VNK) müxtəlif idman növlərində fəaliyyyət göstərən idmançıların vergidən yayındığını müəyyənləşdirib.

"Football-plus.az" xəbər verir ki, shbət ümumilikdə 5,3 milyon lirəlik (təxminən 115 milyon avro) böyük bir məbləğdən gedir.
VNK-nın açıqladığı məlumatda araşdırmanın komitənin tərkibində fəaliyyət göstərən Risk Analiz Mərkəzi tərəfindən aparıldığı qeyd olunub. Bu mərkəz martda, yəni gəlir vergisi bəyannaməsinin təqdim olunması üçün ayrılan son müddət tamam olandan sonra aralarında futbolçu, basketbolçu və voleybolçuların da yer aldığı 4588 peşəkar idmançının durumunu araşdırıb. Həmin idmançılarla bağlı açıq qaynaqlardan, eləcə də həqiqi maaşlarını ortaya qoyan bütün məlumatlardan istifadə edilib.
Məhz bu araşdırmanın nəticəsində 4588 idmançıdan 310-nun real gəlirini gizlətməyə çalışdığı üzə çıxıb və ümumilikdə 5,3 milyon lirə məbləğində vergidən yayınma faktı qeydə alınıb. Türkiyə mətbuatının yazdığına görə 2024-cü ilə dair bəyannaməyə salmadıqları məbləğə açıqlıq gətirmələri üçün həmin 310 idmançının hər birindən izahat tələb olunub.
Bu idmançılardan neçəsinin futbolçu olduğu barədə dəqiq məlumat olmasa da, 5,3 milyard lirənin 3,7 milyard lirəsinin futbolçulara aid olduğu üzə çıxıb. Basketbolçular 1,15 milyard lirəlik vergidən yayınıbsa, yerdə qalan məbləğ başqa idman növlərindəki idmançılara aiddi. Təbii ki, vergidən yayınanlar arasında əcnəbilər də var. Onların mövsümün sonunda Türkiyədən ayrılmaq ehtimalının olduğunu nəzərə alan VNK bu oyunçuların klublarını əvvəlcədən bununla bağlı məlumatlandırıb. Xüsusilə müqavilə müddəti bitən isimlərin vergidən yayınmaması məsələsində onların klublarının atacağı addımlardan çox şey asılıdı.
Ad açıqlanmasa da, komitədən verilən məlumatda qeyd olunub ki, müqavilə müddəti bu yay bitən əcnəbi futbolçu ölkədən ayrılmaq ərəfəsində 70 milyon lirə (təxminən 1,5 milyon avro) məbləğində vergi ödəyib.
Xəzinə və maliyyə naziri Mehmet Şimşək bununla bağlı verdiyi son açıqlamada bunları deyib:

“Gəliri yüksək olan şəxslərin vergidən yayınmamasına dair gördüyümüz çalışmalarda bu dəfə idmançılara yönəlmişik. Yüksək gəlirli idmançıların könüllü şəkildə təqdim etdikləri gəlir bəyannaməsində bəzi səhvlərə yol verdiklərini müəyyənləşdirmişik. Onlardan bunu düzəltmələrini gözləyirik. Əks təqdirdə həmin idmançılardan ödənilməyən vergi cəza şəklində tələb ediləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 İyun 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri