Türkiyədə 53 nəfərin öldüyü terror aktını təşkil etmişdi Saxlanıldı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Reyhanlıda 53 nəfərin ölümü ilə nəticələnən terror aktını təşkil edən Temir Dükancını həbs edib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Temir Dükancı partlayışlarda istifadə edilən partlayıcıların dəniz yolu ilə Türkiyəyə daşınmasına kömək edib, həmçinin onların daşınması üçün maşınları təmin edib.
Fəaliyyətləri MİT tərəfindən araşdırılan Dükancının Suriyadakı son hadisələr nəticəsində Livana qaçmağı planlaşdırdığı aşkar edilib.
Dükancının burada toplayacağı terror təşkilatı üzvləri ilə Türkiyənin xaricdəki nümayəndəliklərinə qarşı terror aktı keçirməyi planlaşdırdığı və buna görə də, saxta pasport əldə etmək istədiyi müəyyən edilib.
Terrorla bağlı axtarışda olanlar siyahısında “narıncı kateqoriya”da yer alan Dükancının yeri dəqiq müəyyən edildikdən sonra əməliyyat keçirilib.
Terrorçu MİT-in Suriya-Livan sərhədində keçirdiyi sərhəd əməliyyatında saxlanılaraq Türkiyəyə gətirilib.
Suriyadan Livana qaçmaq istəyərkən saxlanılan Dükancı Hatay Şəhər Polis İdarəsinə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
14 Dekabr 2024 20:50
Türkiyədə 53 nəfərin həyatına son qoyan terrorçu saxlanıldı
13 Yanvar 2025 15:33
53 min nəfərin öldüyü dəhşətli zəlzələnin İKİNCİ İLİ
06 Fevral 2025 00:03
Türkiyədə 78 nəfərin öldüyü yanğın belə başlayıb Video
02 May 2025 09:28
Pakistanda 26 nəfərin öldüyü, 53 nəfərin yaralandığı terrorun VİDEOSU KONKRET
09 Noyabr 2024 20:58
Baxış sayı:88
Bu xəbər 25 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















