53 nəfərin öldüyü terror aktının daha bir təşkilatçısı tutuldu
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 2013-cü ildə Hatay vilayətinin Reyhanlı rayonunda baş verən terror aktının əsas fiqurlarından birini saxlayıb.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, 53 nəfərin ölümünə səbəb olan qanlı hücumun Suriya əsilli təşkilatçılarından biri – Ömər əl-Xatib dəniz yolu ilə Avropaya qaçmağa çalışarkən tutulub.
Məlumata görə, Ömər əl-Xatib terror aktının əsas planlaşdırıcısı olan Yusuf Naziklə birlikdə 2013-cü ildə hücumun törədiləcəyi yerləri öncədən müəyyənləşdirən şəxs olub.
Qeyd edək ki, Reyhanlı hücumunun icraçıları və təşkilatçılarına qarşı keçirilən əməliyyatlar nəticəsində Yusuf Nazik 2018-ci ildə, Cengiz Sertel 2024-cü ildə, Məhəmməd Dib Koralı və Temir Dükancı isə 2025-ci ildə həbs olunublar.
Bu terror hücumunun əmrini verən suriyalı general Kifah Məlhəm isə 2024-cü ilin fevral ayında Bəşər Əsəd tərəfindən Suriya Milli Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.
Bu mövzuda digər xəbərlər:Türkiyədə 53 nəfərin öldüyü terror aktını təşkil etmişdi Saxlanıldı
25 Fevral 2025 12:33
53 min nəfərin öldüyü dəhşətli zəlzələnin İKİNCİ İLİ
06 Fevral 2025 00:03
Pakistanda 26 nəfərin öldüyü, 53 nəfərin yaralandığı terrorun VİDEOSU KONKRET
09 Noyabr 2024 20:58
76 nəfərin öldüyü hotelin sahibi TUTULDU
22 Yanvar 2025 10:56
1000 nəfərin öldüyü ölkədə daha bir ZƏLZƏLƏ
29 Mart 2025 14:25
Baxış sayı:192
Bu xəbər 01 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















