Türkiyədə aktyorların qonorarı azaldıla bilər
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyədə serial sektorunda yaşanan reklam böhranı dərinləşib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabr ayında son 30 ilin ən aşağı reklam gəliri qeydə alınıb. Bu vəziyyət telekanalların zərərini artırdığı üçün kanallar və prodüserlər çıxış yolu axtarmağa başlayıblar.
Keçirilən son görüşdə telekanallar serial prodüserlərindən çəkiliş xərclərini 25 faiz azaltmağı tələb ediblər.
Prodüserlər isə xərcləri azaltmaq üçün bir sıra təkliflər irəli sürüblər. Belə ki, hazırda 140 dəqiqəyədək davam edən serial bölümlərinin 110 dəqiqə ilə məhdudlaşdırılması təklif olunub. Bu halda əlavə çəkiliş qruplarına ehtiyac qalmayacaq.
Bundan başqa, aktyorların yüksək qonorarlarına da məhdudiyyət qoyulması gündəmdədir. Əlavə ödənişlərlə birlikdə 5 milyon lirəyədək qonorar alan aktyorlara artıq bu məbləğlərin verilməməsi nəzərdə tutulur. Qonorarını azaltmağa razı olmayan aktyorlarla əməkdaşlıq edilməməsi də müzakirə olunur.
Məsələ ilə bağlı müzakirələrin davam etdiyi bildirilir.
Baxış sayı:127
Bu xəbər 05 Noyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















