Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 18 oktyabr, AZƏRTAC
Türkiyənin siyasi partiyaları, siyasətçiləri, universitet rəhbərləri, vilayət administrasiyaları, həmkarlar ittifaqları, idman klubları, media orqanları və sıravi vətəndaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü ilə əlaqədar təbrikləri paylaşırlar.
AZƏRTAC xəbər verir ki, müəlliflər Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini “xalqın azadlıq və müstəqillik arzularında tarixi dönüş nöqtələrindən biri” adlandırırlar.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əhəmiyyəti vurğulanır.
Ölkəmizin azadlığı, bütövlüyü və suverenliyi uğrunda mübarizədə qəhrəmanlıq göstərən Azərbaycanın oğul və qızlarına minnətdarlıq bildirilir.
Türkiyə və Azərbaycanın həmrəyliyi və birliyi “Türk dünyasının birliyinin ayrılmaz fundamental elementi” adlandırılır. Şuşa Bəyannaməsinin əhəmiyyətinə və iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyin yolverilməzliyinə diqqət yetirilir. Azərbaycanın müstəqilliyinin əbədi olacağına qəti inam ifadə olunur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















