Icma.az
close
up
RU
Azərbaycanın sözü etimad ünvanına çevrilib ŞƏRH

Azərbaycanın sözü etimad ünvanına çevrilib ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər beynəlxalq münasibətlər sistemində müşahidə olunan ən mühüm dəyişikliklərdən biri dövlətlərarası etimad böhranının dərinləşməsidir. Dünyanın müxtəlif regionlarında münaqişələrin artması, geosiyasi qarşıdurmaların genişlənməsi, beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartların güclənməsi bir çox hallarda ölkələr arasında əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Belə mürəkkəb şəraitdə etibarlı tərəfdaş obrazını qorumaq və onu daha da gücləndirmək hər dövlətə nəsib olmur. Bu gün Azərbaycan məhz həmin ölkələr sırasındadır ki, onun beynəlxalq aləmdə qazandığı nüfuz yalnız iqtisadi göstəricilərlə və ya hərbi güclə ölçülmür. Azərbaycanın əsas üstünlüklərindən biri sözünün imzası qədər dəyər daşıması, tərəfdaşları ilə münasibətlərdə etimad mühitini qoruması və üzərinə götürdüyü öhdəliklərə sadiqliyidir.

Cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşdən sonra mətbuata verdiyi bəyanat da məhz bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bəyanatın ümumi məzmunu göstərdi ki, Azərbaycan xarici siyasətində qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və etibarlı tərəfdaşlıq prinsipinə əsaslanan xətti ardıcıl şəkildə davam etdirir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz müxtəlif siyasi sistemlərə malik dövlətlərlə eyni vaxtda səmərəli münasibətlər qura bilir. Müasir dövrdə diplomatiyanın ən mühüm meyarlarından biri qarşı tərəfdə inam yaratmaq bacarığıdır. Azərbaycan isə son illərdə bunun uğurlu nümunəsini ortaya qoyub. İstər enerji layihələrində, istər beynəlxalq nəqliyyat təşəbbüslərində, istərsə də regional əməkdaşlıq formatlarında ölkəmiz etibarlı tərəfdaş kimi qəbul edilir. Bu etimad təsadüf nəticəsində yaranmayıb. Azərbaycan uzun illər ərzində milli maraqlarını beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırmağa çalışıb, qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşmasına üstünlük verib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın regional çəkisi daha da artıb.

Dövlətimizin yaratdığı yeni reallıqlar beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən qəbul edilib. Bu gün Azərbaycan Cənubi Qafqazda sülh gündəliyini müəyyən edən, regional əməkdaşlıq formatlarını təşviq edən və yeni iqtisadi imkanlar yaradan əsas aktorlardan biri kimi çıxış edir. Bu gün Azərbaycanın iştirak etmədiyi regional layihə demək olar ki, yoxdur. Bunun əsas səbəbi isə ölkəmizin təşəbbüslərinin etimad və qarşılıqlı fayda üzərində qurulmasıdır. Son illər Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən mühüm amillərdən biri də çoxtərəfli diplomatiya sahəsində qazandığı uğurlardır. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirdi. COVID-19 pandemiyası zamanı irəli sürülən təşəbbüslər, humanitar yardımlar və beynəlxalq həmrəylik çağırışları ölkəmizin məsuliyyətli dövlət imicini daha da gücləndirdi. Daha sonra Bakının qlobal iqlim gündəliyinin mərkəzinə çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzunun yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Dünyanın müxtəlif siyasi qütblərini eyni platformada bir araya gətirmək bacarığı ölkəmizin diplomatik imkanlarının göstəricisinə çevrildi. Bu gün Azərbaycan təkcə regional deyil, həm də qlobal məsələlərin müzakirə olunduğu etibarlı platforma kimi qəbul edilir. Türkmənistanla münasibətlər də məhz bu modelin uğurlu nümunəsidir. Xəzər hövzəsində yerləşən iki dövlət arasında münasibətlər müxtəlif dövrlərdə fərqli mərhələlərdən keçsə də, son illərdə qarşılıqlı anlaşma və siyasi dialoq yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu gün Bakı ilə Aşqabad arasında formalaşmış münasibətlər heç bir kənar təsirə deyil, birbaşa qarşılıqlı etimada söykənir.

Cənab Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən mühüm məqamlardan biri də gələcək fəaliyyət istiqamətlərinin konkret tapşırıqlar əsasında müəyyənləşdirilməsidir. Bu yanaşma Azərbaycan diplomatiyasının xarakterik xüsusiyyətlərindən birinə çevrilib. Ölkəmiz üçün siyasi bəyanatlar heç vaxt formal xarakter daşımayıb. Hər bir görüşün, hər bir razılaşmanın və hər bir təşəbbüsün arxasında konkret fəaliyyət planı dayanır. Məhz buna görə də Azərbaycanın irəli sürdüyü layihələr nəticə verir və tərəfdaşlar tərəfindən dəstəklənir. Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri də onun balanslaşdırılmış siyasət yürütməsidir. Müxtəlif maraqların toqquşduğu mürəkkəb geosiyasi məkanda ölkəmiz milli maraqları qorumaqla yanaşı, əməkdaşlıq platformalarının genişlənməsinə də töhfə verir. Bu siyasətin mühüm nəticələrindən biri də Azərbaycanın Türk dünyasında oynadığı birləşdirici roldur. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar inteqrasiyanın sürətlənməsi ölkəmizin təşəbbüsləri ilə sıx bağlıdır. Azərbaycan həm coğrafi mövqeyi, həm də siyasi nüfuzu ilə Türk dünyasının müxtəlif qollarını bir araya gətirən mühüm körpü funksiyasını yerinə yetirir. Bu gün Azərbaycan təkcə regional aktor deyil, həm də müxtəlif siyasi və iqtisadi platformaları bir araya gətirə bilən dövlət kimi qəbul olunur. Son illərdə keçirilən beynəlxalq tədbirlər, qlobal forumlar və çoxtərəfli təşəbbüslər də bunu təsdiqləyir. Əslində, cənab Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən ən mühüm məqamlardan biri Azərbaycanın öz gücünü nümayiş etdirməkdən daha çox, tərəfdaşlıq imkanlarını genişləndirməyə üstünlük verməsidir. Bu yanaşma ölkəmizin xarici siyasət fəlsəfəsinin əsasını təşkil edir. Müasir beynəlxalq münasibətlər sistemində güc anlayışı da dəyişir. Artıq yalnız iqtisadi potensial və ya hərbi imkanlar deyil, etimad yaratmaq qabiliyyəti də dövlətlərin nüfuzunu müəyyən edən əsas amillərdən sayılır. Azərbaycan bu istiqamətdə mühüm üstünlüklərə malikdir. Bu gün ölkəmizin beynəlxalq təşəbbüslərinə göstərilən maraq, müxtəlif regionlardan olan dövlətlərin Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyi və Bakının diplomatik mərkəz kimi nüfuzunun artması da məhz bu etimadın nəticəsidir. Çünki beynəlxalq münasibətlərdə ən çətin qazanılan sərvət etibardır və Azərbaycan həmin sərvəti illər boyu ardıcıl siyasət nəticəsində formalaşdırmağı bacarıb.

Türkmənistan Prezidentinin dövlət səfəri və aparılan danışıqlar bir daha göstərdi ki, ölkəmizin beynəlxalq nüfuzu yüksəlməkdə davam edir. Azərbaycanın təşəbbüsləri dəstəklənir, mövqeyi nəzərə alınır və tərəfdaşları tərəfindən etibarlı hesab olunur. Bu gün regionda və daha geniş coğrafiyada baş verən proseslər fonunda Azərbaycanın qazandığı siyasi kapital xüsusi əhəmiyyət daşıyır. Bu kapitalın əsasında isə etibarlı tərəfdaşlıq, ardıcıl siyasət, milli maraqlara söykənən dövlət strategiyası və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən diplomatiya dayanır. Məhz buna görə də Azərbaycan beynəlxalq münasibətlər sistemində təkcə güclü dövlət kimi deyil, həm də sözünə inanılan, mövqeyinə hörmət göstərilən və əməkdaşlıq üçün üstünlük verilən ölkə kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşündən sonra səsləndirdiyi fikirlər də bir daha təsdiqlədi ki, Azərbaycanın beynəlxalq nüfuzu yalnız iqtisadi və siyasi gücdən deyil, həm də etimad üzərində qurulan xarici siyasət modelindən qaynaqlanır. Bu isə müasir dünyanın ən mürəkkəb geosiyasi şəraitində ölkəmizə əlavə üstünlüklər qazandıran ən mühüm amillərdən biridir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see520

Emrah kirayədən aylıq 10 milyon qazanır

22 İyun 2026 14:11see302

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see285

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

22 İyun 2026 13:28see257

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi FOTO

22 İyun 2026 13:29see257

QHT lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

22 İyun 2026 19:17see236

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see231

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?

22 İyun 2026 09:56see227

Gürcüstan Azərbaycandan neftin və neft yağlarının idxalını 3 dəfə artırıb

22 İyun 2026 18:01see226

Messidən antirekord ən çox penalti qaçıran futbolçu

22 İyun 2026 22:15see214

MÜTDA ya tətbiq edilən cərimə ləğv olunub

22 İyun 2026 16:52see214

Mbappe dünya çempionatları tarixində Ronaldoya çatdı

23 İyun 2026 02:41see194

Messidən 1 gündə 2 rekord

23 İyun 2026 00:28see176

Qaraciyər nəqli əməliyyatı keçirən aktyorun son halı FOTO

22 İyun 2026 22:45see176

İsrail bu ölkə ilə bağlı sərt qərar verdi

23 İyun 2026 04:56see170

Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi

23 İyun 2026 03:08see168

Kollecə direktor təyin edildi

22 İyun 2026 10:15see167

Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq

23 İyun 2026 00:22see160

Fransa İraq matçında fırtına xəbərdarlığı Tribunalar boşaldıldı

23 İyun 2026 02:10see151

Azərbaycanda yeni klub yaradıldı Region Liqasında oynayacaqlar

22 İyun 2026 16:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri