Icma.az
close
up
RU
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən 3 il ötür

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən 3 il ötür

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 3 il ötür.

APA-nın məlumatına görə, Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.

Türkiyədə ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

65 saniyə davam edən 7,8 bal gücündəki zəlzələ o qədər şiddətli idi ki, Misirdə belə hiss edilmişdi.

Təbii fəlakətin miqyası həm də onun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərin bu gün də davam etdirilməsi ilə ölçülə bilər. Türkiyənin 11 əyalətini əhatə edən zəlzələ nəticəsində binalar, yollar, hava limanları yararsız hala düşdü, tarixi tikililər dağıldı, 1 milyondan çox insan dəqiqələr içində evsiz qaldı.

Bu, son 30 ilin ən dağıdıcı beşinci zəlzələsi idi. Hesablamalara görə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyə 5 il ərzində 150 milyard dollara ehtiyac duyacaq.

Təbii fəlakətdən dərhal sonra başladılan operativ humanitar yardım fəaliyyətinin iki əsas istiqaməti var idi – axtarış-xilasetmə və sağ qalanlara yardım. İşlərin çətin hissəsi təbii ki, axtarış-xilasetmə işlərinin aparılması, insanların bir an öncə dağıntıların altından çıxarılması idi. Bu məqsədlə Türkiyə bütün gücünü zəlzələ bölgəsinə səfərbər etdi. Lakin zamana qarşı bu yarışda ölkənin təkbaşına iştirakı kifayət edə bilməzdi. Odur ki, dünyanın hər yerindən Türkiyənin dördüncü səviyyəli beynəlxalq yardım çağırışına səs verildi. İlk gələn ölkə təbii ki, qardaş Azərbaycan oldu. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400-dən çox xilasedicisi zəruri avadanlıqlarla təmin edilərək dərhal zəlzələ bölgəsinə yola salındı. FHN-in 40-dan çox tibbi personalı ərazidəki səhra xəstəxanalarında yaralılara yardım etdi. Azərbaycan Ordusunun hərbi tibbi personalı da əraziyə səfərbər edildi.

Ümumilikdə Türkiyədə təxminən 12 min əcnəbi axtarış-xilasetmə işlərində iştirak etdi.

Türkiyənin hər yerində insanlar müxtəlif kampaniyalar təşkil edərək humanitar yardım göstərməyə çalışdı. Türkiyənin bu çətin günlərində Azərbaycan xalqı da güclü həmrəylik, səfərbərlik nümayiş etdirdi. Ölkənin hər yerində humanitar yardım mərkəzləri yaradıldı, təcili qış geyimləri, qida, gigiyena məhsulları və s. toplanaraq ardı-arası kəsilməyən yük maşınları ilə Türkiyəyə yola salındı. Azərbaycanlıların bu cür genişmiqyaslı səfərbərliyi daha əvvəl 44 günlük Vətən müharibəsi dövründə baş vermişdi. Fəlakətin ilk üç günü ərzində Azərbaycan vətəndaşları Türkiyəyə xeyriyyə məqsədi ilə milyon dollara yaxın vəsait köçürdü.

Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir.

Belə ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan” məhəlləsinin tikintisi başa çatdırılıb. Agentlik tərəfindən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının da tikintisi tamamlanıb.

4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

“Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanması nəzərdə tutulub.

Məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub. Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasimi keçirilib və bir sıra mənzillərin açarları sahiblərinə təqdim olunub. Dövlət başçıları mənzillərə baxış keçirib və inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Fevral 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri