Bakı metrosunda baş vermiş faciədən 31 il ötür
Icma.az, Sia Az saytına istinadən bildirir.
1995-ci il oktyabrın 28-də Bakı metropolitenində baş vermiş dəhşətli yanğın nəticəsində 289 nəfər həyatını itirib, 270 nəfər yaralanıb.
Faciə axşam saatlarında “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında hərəkət edən sərnişin qatarında baş verib. Tuneldə yayılan tüstü və alov sərnişinlərin həyatını təhlükə altına qoyub. Hadisə dünya metropolitenləri tarixində ən ağır faciələrdən biri kimi yadda qalıb.
Faciə zamanı insanların həyatını xilas etmək üçün fədakarlıq göstərənlər arasında hərbi liseyin zabiti, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayev və kursantlar Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədov da olub. Onlar sərnişinlərə kömək edərkən öz həyatlarını itiriblər.
Həmin gün Azərbaycan xalqının yaddaşına hüzn və qəhrəmanlıq tarixi kimi həkk olunub. Bakı metrosunda baş vermiş faciənin qurbanları hər il dərin ehtiramla yad edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 28 Oktyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















