Icma.az
close
up
RU
Türkiyədə bu qış neçə transfer reallaşdı?

Türkiyədə bu qış neçə transfer reallaşdı?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə yanvarın 13-dən etibarən açıq olan qış transfer dönəminə fevralın 11-də rəsmən yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, qardaş ölkədə budəfəki “pəncərə” çox hərəkətli keçdi. 19 superliqa klubundan 5-i – “Samsunspor”, “Antalyaspor”, “Kayserispor”, “Hatayspor” və “Adana Dəmirspor”un transfer cəzası davam etdiyindən onlar heyəti yeni futbolçularla gücləndirə bilmədilər. Yerdə qalan 14 klub 25-i xaricdən, 33-ü Türkiyə daxilindən olmaqla ümumilikdə 58 transfer reallaşdırdı.
Ən fəal klublar heyətini 7 futbolçu ilə gücləndirən “Qalatasaray”la “Kayserispor” oldu. “Fənərbaxça”, “Qalatasaray” və “Qaziantep” xaricdən ən çox (hərəyə 4) futbolçu transfer edən klublardı.
Ümumilikdə bu qış superliqaya gələn 58 futbolçudan 31-i yerli, 27-si əcnəbidi. Əcnəbilərdən ən çox braziliyalılar və ukraynalılar (hərəyə 3) transfer edildi.
Bundan başqa, 58 yeni futbolçunun orta yaş həddi 25,2-yə bərabərdi. Onların arasında ən yaşlı isim “Vesterlo”dan “Kasımpaşa”ya gələn 36 yaşlı qapıçı Sinan Bolat, ən gənci isə “İndependiente”dən “Beşiktaş”a gələn və 19 yaşını tamamlayan ekvadorlu vinger Keni Arroyodu. 27 əcnəbi futbolçunun 26-sı ölkə xaricindən transfer edilib. Türkiyə daxilində isə bir klubdan digərinə keçən yeganə əcnəbi “Trabzonspor”dan “Bodrum”a yollanan makedoniyalı Enis Bardi oldu.
Qeyd edək ki, “Qalatasaray”ın bu qış reallaşdırdığı 7 transfer üçün klub büdcəsindən ümumilikdə 27 milyon avro çıxacaq. Bu, qış “pəncərəsi” üçün “sarı-qırmızılar”ın yeni rekordudu. “Fənərbaxça”da rəsmi şəkildə açıqlanan məbləğ 16,7 milyon avrodu. Bunun 10 milyonu Dieqo Karlosa, 6,7 milyonu Mimoviçə ödənilib. Şkrinyar və Talişka üçün ödənilən məbləğ klub tərəfindən açıqlanmayıb. Şkrinyar onsuz da icarəyə götürülüb.
Bu arada “Fənər”də 14 nəfərlik legioner limiti dolu olduğundan yeni transfer Mimoviçin mövsümün sonuna qədər “Zenit”ə icarəyə verildiyini bildirək. “Beşiktaş” isə iki gənc oyunçu – Arroyo ilə Rikardoya görə ümumilikdə 7,61 milyon avro ödəyəcək. Sonda nəhənglərin həm yeni transferlərinin, həm də ayrılanların tam siyahısını təqdim edirik.
QALATASARAY
Gələnlər: Karlos Kuesta (Genk), Alvaro Morata (Milan), Ahmed Kutucu (Eyüpspor), Ərən Elmalı (Trabzonspor), Mario Lemina (Vulverhempton), Pşemislav Frankovski (Lans), Arda Ünyay (Ankaragücü).
Gedənlər: Mişi Batşuayi (Ayntraxt F), Viktor Nelsson (Roma), Hakim Ziyeş (Əl-Duhail), Ərən Aydın (Sarıyer), Batuhan Şən (Kocaelispor).
FƏNƏRBAXÇA
Gələnlər: Talişka (Əl-Nəssr), Dieqo Karlos (Aston Villa), Milan Şkrinyar (PSJ), Oqnen Mimoviç (Srvena Zvezda).
Gedənlər: Samet Akaydın (Çaykur Rizəspor), Bartuğ Elmaz (Maribor), Oqnen Mimoviç (Zenit).
BEŞİKTAŞ
Gələnlər: Keni Arroyo (İndependiente), Elan Rikardo (La Ekidad), Əmir Haciahmetoviç (Konyaspor).
Gedənlər: Əl Musrati (Braqa), Can Keleş (Kasımpaşa), Jan Onana (Cenoa), Şer Ndur (Fiorentina).
TRABZONSPOR
Gələnlər: Daniel Sikan, Aleksandr Zubkov (hər ikisi “Şaxtyor”), Tim Jabol Folkarelli (Ayaçço), Mustafa Eskihellaç (Qaziantep).
Gedənlər: Ərən Elmalı (Qalatasaray), Umut Günəş (İstanbul BŞ), Enis Bardi (Bodrum), Umut Bozok (Eyüpspor), Poyraz Yıldırım (Ümraniyəspor), Borna Barişiç (Leqanes), Sərkan Asan (İğdır).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri