Icma.az
close
up
RU
Türkiyədə qış transfer dönəmi necə keçdi?

Türkiyədə qış transfer dönəmi necə keçdi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Beşiktaş” dünyada 4-cü oldu

"Football-plus.az" xəbər verir ki, Türkiyə futbolunda yanvarın 2-dən açıq olan qış transfer dönəmi fevralın 6-da bağlandı. Qısaca qardaş ölkədə superliqa klublarının bu “pəncərədə” fəaliyyətinə nəzər salacaq.
Qeyd edək ki, Türkiyə elitasında bu qış klublar ümumilikdə 91 transfer gerçəkləşdirdi. 18 klubdan ikisi – “Antalyaspor” və “Alanyaspor” heyətini, ümumiyyətlə, gücləndirə bilmədi. Çünki hər iki klubun transfer cəzası davam edir. Ən az transfer həyata keçirən klublar “İstanbul BŞ”, “Kocaelispor” və “Gənclərbirliyi” oldu. Onların hər biri yalnız bir transferlə kifayətləndi. Ən çox transfer həyata keçirən klublar isə “Eyüpspor” (13), “Kasımpaşa” (12) və “Fatih Karagümrük” (9) oldu.
Nəhənglərdən “Beşiktaş” faəllığı ilə seçildi. Xüsusilə “pəncərənin bağlanmasına” yaxın fəallaşan İstanbul nəhəngi ümumilikdə heyətinə 7 futbolçu qatdı. Aqbaduya 18 milyon avro ödəməklə tarixinin ən bahalı ikinci transferini reallaşdıran, eləcə də Hyın Qyu Onu 14 milyon avroya almaqla tarixində ilk dəfə koreyalı futbolçu transfer edən “ağ-qaralar” bu qış ümumilikdə 57 milyon avro xərclədi.
Qeyd edək ki, bura Abraham üçün ödənilən 15 milyon avro da daxildi. İngiltərəli forvard bu məbləğə alındı və dərhal da 21 milyon avroya “Aston Villa”ya satıldı.
Maraqlıdı ki, “Beşiktaş” bu qış “Mançester Siti” (95 milyon avro), “Kristal Pelas” (89) və “Əl-Hilal”dan (70) sonra dünya futbolunda transferlərə ən çox pul xərcləyən 4-cü klub oldu! “Fənərbaxça” 5 yeni oyunçuya ümumilikdə 37 milyon avro xərclədi. Bu məbləğ əsasən Genduzi (28 milyon avro), Musaba (5) və Şerif (4) üçün xərclənildi. Kante ilə Mərt Günok heyətə pulsuz cəlb olundu. Kanteyə 14,4 milyon avro imza parası ödənilsə də, bu pul, təbii ki, transfer məbləği hesab edilmir.
Fanatlar arasında ən böyük narahatlıq doğuran məqam yüksək səviyyəli bir mərkəz hücumçusunun alınmaması oldu. Çünki Ən-Nəsiri və Duran kimi iki önəmli qol silahı komandanı tərk etdi. Əvəzində yalnız Sidiki Şerif “Anje”dən icarəyə götürüldü ki, onun da əvvəlki klubunda məhsuldarlığı göz oxşamır. Sırf bu məqama görə “Fənər”in qışdakı fəaliyyətini uğurulu adlandırmağa adamın dili gəlmir.
İddialara inansaq, rəhbərlik idman direktoru Devin Özəkdən narazıdı. Ötən yay Əli Koçun başqanlığı dönəmində bu vəzifəyə gətirilən Özək ilə yayda yollar ayrılacaq. ÇL-də yoluna davam edən “Qalatasaray” isə bu qış nəhənglər arasında transferlərə ən az məbləğ xərcləyən klubdu. “Cim-Bom”un büdcəsindən 5 yeni futbolçu üçün cəmi 9,35 milyon avro çıxdı. Bu məbləğin 6,5 ilyon avrosu təkcə gənc Nyaqa üçün xərclənildi. Asprilya pulsuz icarəyə götürüldüsə, Lanqın icarəsi üçün 2 milyon avro, Boenin icarəsi üçün 500 min avro ödənildi. Gənc Can Armando Güner isə 350 min avroya transfer edildi. 5 futbolçunun orta yaş həddinin yalnız 21,8 olması diqqəti çəkir. Maraq üçün bildirək ki, ilk dövrədə “Qalatasaray”da forma geyən oyunçuların orta yaş həddi 26,8 idi. Yəni son çempion heyətini xeyli gəncləşdirdi.
QALATASARAY
Gələnlər: Noa Lanq (icarə, “Napoli”), Yaser Asprilya (icarə, “Jirona”), Renato Nyaqa (Kaza Pia), Can Armando Güner (Borussiya M), Saşa Boe (icarə, “Bavariya”).
Gedənlər: Berkan Kutlu (Konyaspor), Yusuf Dəmir (Rapid V), Kazımcan Karataş (icarə, “İstanbul BŞ”).
FƏNƏRBAXÇA
Gələnlər: Entoni Musaba (Samsunspor), Mərt Günok (Beşiktaş), Matteo Genduzi (Latsio), Sidiki Şerif (icarə, “Anje”), Nqolo Kante (Əl-İttihad).
Gedənlər: İrfan Can Kahveci (icarə, “Kasımpaşa”), Rodriqo Bekao (icarə, “Kasımpaşa”), İrfan Can Eğribayat (icarə, “Samsunspor”), Cenk Tosun (Kasımpaşa), Ərtuğrul Çətin (Erokspor), Sebastyan Şimanski (Renn), Bartuğ Elmaz (icarə, “Fatih Karagümrük”), Con Duran (icarəsi ləğv olundu, “Zenit”), Yussef Ən-Nəsiri (Əl-İttihad).
BEŞİKTAŞ
Gələnlər: Yasin Özcan (icarə, “Aston Villa”), Kristyan Asllani (icarə, “İnter”), Hyın Qyu O (Genk), Emmanuel Aqbadu (Vulverhempton), Amir Murilyo (Marsel), Devis Vaskes (icarə, “Roma”).
Gedənlər: Mərt Günok (Fənərbaxça), Yonas Svensson (Rusenburq), Qabriel Paulista (Korintians), David Yurasek (icarəsi ləğv olundu, “Benfika”), Dəmir Ege Tıknaz (Braqa), Rafa Silva (Benfika), Temmi Abraham (Aston Villa), Əmrəcan Terzi (icarə, “Sakaryaspor”).
TRABZONSPOR
Gələnlər: Çibuike Nvaivu (Volfsberq), Matias Lövik (Parma), Umut Nayır (Konyaspor).
Gedənlər: Arif Boşluk (icarə, “Konyaspor”), Danilo Sikan (Anderlext), Sərdar Saatçı (icarə, “Əl-Nəsr”), Poyraz Yıldırım (icarə, “Sakaryaspor”), Cihan Çanak (icarə, “Gənclərbirliyi”), Kazim Olaiqbe (icarə, “Konyaspor”), Rayyan Baniya (icarə, “Konyaspor”).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri