Icma.az
close
up
RU
Türkiyədə Çanaqqala qəhrəmanlarının xatirəsi anılır

Türkiyədə Çanaqqala qəhrəmanlarının xatirəsi anılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 18 mart, AZƏRTAC

Martın 18-də Türkiyədə 1915-ci ildə Antanta müttəfiq ordularını Çanaqqala boğazının keçilməz olduğunu tanımağa məcbur edən yüz minlərlə türk əsgərinin xatirəsi anılır.

AZƏRTAC-ın məlumatına görə, Çanaqqalada qazanılan qələbə türk xalqının iradəsini gücləndirib, milli azadlıq mübarizəsinə və Türkiyə Cümhuriyyətinin yaranmasına yol açıb.

Çanaqqalanın müdafiəsində əsas fiqurlardan biri Türkiyənin gələcək qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürk idi. Onun şəxsi nümunəsi və strateji istedadı Birinci Dünya müharibəsinin ən böyük və qanlı döyüşlərindən birində həlledici rol oynayıb.

Çanaqqala döyüşünün dəniz hissəsində qələbənin 111-ci ildönümündə Prezident Rəcəb Tayyib Ərdoğan həmvətənlərinə müraciət edib. Türkiyə lideri Çanaqqala döyüşünü bütün xalqın milli ruhunun möhkəmliyini dünyaya nümayiş etdirən “dastan” adlandırıb. Prezident Ərdoğanın müraciətində deyilir: “Çanaqqala sadəcə hər hansı növbəti döyüş deyil, həm də qətiyyət, fədakarlıq, Vətənə sevgi və milli kimliyin gücünün sinonimidir”.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler də Çanaqqala döyüşünün dəniz hissəsində qələbənin 111-ci ildönümü ilə bağlı bəyanat yayıb. “Çanaqqalada dəniz və quru döyüşləri, gənclik illərini və xəyallarını Vətən naminə tərəddüd etmədən qurban verən minlərlə Türkiyə vətəndaşının qəhrəmanlığını nümayiş etdirir. Çanaqqala döyüşü cəsarət və fədakarlığın parlaq nümunəsidir. Şəhidlər və qazilər təkcə keçmişin qəhrəmanları deyil, həm də gələcək nəsil vətəndaşlara gələcəyə “yol göstərirlər”, - deyə türkiyəli nazir vurğulayıb.

Çanaqqalada hərbi əməliyyatlar həm quruda, həm də dənizdə baş verib. Dəniz döyüşləri 1915-ci il fevralın 19-dan martın 18-dək, quru qarşıdurması isə həmin il aprelin 25-dən 1916-cı il yanvarın 9-dək davam edib.

Hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyan bu cəng Türkiyə tarixində ən qanlı döyüşlərdən biri hesab olunur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri