Türkiyədə Daşları Toplama Zamanı kitabının təqdimatı keçirilib
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
17 Noyabr – Milli Dirçəliş Günündə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü və PAŞA Həyatın sponsorluğu ilə "Daşları Toplama Zamanı" kitabının türk dilində nəşrinin Gazi Universitetində təqdimat mərasimi baş tutdu.

Newscenter.az xəbər verir ki, tədbirdə PAŞA Həyatın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, İRS nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Gazi Universitetinin Rektor köməkçisi Prof. Dr. Necdet Hayta, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

PAŞA Həyatın İdarə Heyəti sədri Ülviyyə Cabbarova çıxışında Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında Bir millət, iki dövlət fəlsəfəsinin dayandığını vurğulayıb. O qeyd edib ki, bu qardaşlıq bağları təkcə siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlər üzərində qurulub. Təqdim etdiyimiz Taşları Toplama Zamanı kitabı Qərbi Azərbaycanda illər boyu dağıdılmış, izləri silinmiş memarlıq abidələrini, dini məkanları, tarixi yaşayış yerlərini və sənədli sübutları bir araya gətirir. Qərbi Azərbaycana dair toplanmış materiallar xüsusilə önəmlidir. Çətinliklərə rəğmən, vaxtilə azərbaycanlıların yaşadığı onlarla kənd sənədləşdirilmiş, foto və faktoloji sübutlar toplanmışdır. Bu materiallar həmin torpaqların xalqımıza məxsus qədim yurd yeri olduğunu bir daha təsdiqləyir.

Süleyman
Bu mövzuda digər xəbərlər:Böyrək daşları zamanı OTLARLA MÜALICƏ
16 Noyabr 2024 01:43
“Daşları toplamaq vaxtıdır” nəşrinin təqdimatı keçirilib FOTO
05 İyun 2025 13:20
Türkiyədə daşları yerindən oynadacaq qərar 100 illik qadağa ləğv edilir
14 May 2025 16:08
DeepSeek mükəmməl kəşfiyyat toplama vasitəsidir Kovalenko
28 Yanvar 2025 17:42
Məzar daşları qadağan edilir: Köhnə məzar daşları söküləcəkmi?
13 Avqust 2025 15:38
Baxış sayı:96
Bu xəbər 18 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















