Icma.az
close
up
RU
Türkiyədə “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Türkiyədə “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 11 oktyabr, AZƏRTAC

Türkiyənin İğdır Universitetində “Dədə Qorqud” dastanına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşəbbüsü Azərbaycanın İğdırdakı Baş Konsulluğu, “İğdır Azərbaycan Evi”, eləcə də İğdır Universiteti və Naxçıvan Dövlət Universitetinin rəhbərliyi tərəfindən dəstəklənib.

Konfrans iştirakçıları Türk dünyasının mədəni irsi siyahısına daxil edilən bu məşhur əsərin elmi və mənəvi əhəmiyyətini yüksək qiymətləndiriblər.

Müzakirələrdə Azərbaycanın İğdırdakı baş konsulu Zamin Əliyev, İğdır vilayətinin valisi Ercan Turan, İğdır Universitetinin rektoru Ekrem Gürel və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev də iştirak ediblər.

Tədbiri açan vali Ercan Turan “Dədə Qorqud” dastanını oğuz türklərinin “mədəni kodu” adlandırıb. “İğdır adı elə oğuz tayfalarından birinin adından yaranıb. Dastandakı rəvayətlər və mahnılarda təbliğ edilən dəyərlər bugünədək öz əhəmiyyətini itirməyib”, – deyə vali qeyd edib. O, Türk xalqlarının güclənməsi yolunun birliyə və həmrəyliyə aparan yoldan keçdiyini vurğulayıb. E.Turan Türkiyə və Azərbaycan Prezidentləri arasında mövcud sıx əməkdaşlıq və dialoqu “bölgədə sülhün və sabitliyin təminatı” adlandırıb.

İğdır Universitetinin rektoru Ekrem Gürel çıxışında “Dədə Qorqud” dastanının əhəmiyyətindən bəhs edib. O bildirib ki, dastanda yer alan ideyalar türklərin ailə və cəmiyyətə münasibətini əks etdirir, Türk dünyasının ümumi düşüncə və baxışlarını ifadə edir. “Səmimi qəlbdən inanıram ki, Türkiyə və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə keçirilən bu konfransın nəticələri ədəbiyyat, tarix, dilçilik, incəsənət və sosiologiya da daxil olmaqla bir çox sahələrdə yeni uğurlu başlanğıclara təkan verəcək”, – deyə rektor vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında “Dədə Qorqud”un Türk dünyasını birləşdirən unikal irs olduğunu diqqətə çatdırıb. O, gəncləri zaman sınağından çıxmış bu məşhur dastanı hərtərəfli öyrənməyə və yüksək dəyərləndirməyə çağırıb.

Azərbaycanın İğdırdakı baş konsulu Zamin Əliyev “Dədə Qorqud” dastanının beynəlxalq səviyyədə tanınmış bir əsər olduğunu vurğulayıb. O qeyd edib ki, bu əsər Türk dünyasının haqlı olaraq qürur mənbəyidir. “‘Dədə Qorqud’ təkcə ədəbi əsər deyil, milli kimliyimizin və mənəvi irsimizin ən mühüm ünsürlərindən biridir. Dastan türklərin vəhdətini və ortaq dəyərlərini təbliğ edir,” – deyə diplomat bildirib. O, xatırladıb ki, “Dədə Qorqud kitabı” UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. “Dastanın beynəlxalq səviyyədə tanınması bizim üzərimizə məsuliyyət qoyur. Türkiyə və Azərbaycanın ortaq tarixi və mədəni kökləri bizi eyni ailənin üzvlərinə çevirir”, – deyə Z.Əliyev qeyd edib.

“İğdır Azərbaycan Evi”nin rəhbəri Ziya Zakir Acar çıxışında bildirib ki, “Dədə Qorqud” dastanı təkcə Azərbaycanda deyil, Türkiyədə də nəsildən-nəslə öyrənilib və yaşadılıb. “Bu əsər Türkiyə ictimaiyyətinə, xüsusən də İğdır əhalisinə yaxşı tanışdır. Türk milli kimliyini formalaşdıran əsas dəyərlər olan ailə, torpaq sevgisi, igidlik, qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı bütün bunların hamısı ‘Dədə Qorqud’un səhifələrində öz əksini tapır”, – deyə o vurğulayıb. Z.Z.Acar gəncləri dastanı dərindən öyrənməyə çağıraraq qeyd edib: “Tarixini bilməyən xalqın gələcəyi olmaz.”

Konfransda beynəlxalq tədbirin fəxri qonağı, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

Tədbir Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə iki sessiya ilə işini davam etdirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri