Icma.az
close
up
RU
Seulda “Kitabi Dədə Qorqud” dastanına həsr edilmiş kitabın təqdimatı olub

Seulda “Kitabi Dədə Qorqud” dastanına həsr edilmiş kitabın təqdimatı olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pekin, 13 noyabr, AZƏRTAC

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsindən ibarət kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov iki ölkə arasında elmi və mədəni əlaqələrdən, bu sahədə həyata keçirilən uğurlu əməkdaşlıq layihələrindən danışıb. Bildirib ki, Azərbaycan və Koreya xalqları Ural-Altay dil ailəsinə mənsubluğundan, eləcə də oxşar mədəni və mənəvi dəyərlərə sahib olmasından irəli gələrək bir-birinin dil və mədəniyyətinə böyük maraq göstərirlər. Bu da ölkələrimiz arasında əməkdaşlığa və mədəniyyət mübadiləsinə əlavə stimul verir.

R.Həsənov qeyd edib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcüməsinin nəşr olunması Azərbaycan və Cənubi Koreya arasındakı mədəni əməkdaşlığının növbəti nümunəsi olmaqla yanaşı, eyni zamanda, Koreya ictimaiyyətinin Azərbaycanın milli-mədəni irsi barədə daha dərindən məlumatlanması baxımından əhəmiyyətli töhfədir. Belə ki, koreyalı oxucular “Kitabi-Dədə Qorqud” dastanını ana dillərində oxumaqla dost Azərbaycan xalqı barədə daha çox maariflənmək imkanı əldə edirlər. Diplomat çap olunmuş kitabın 1000 nüsxəsinin Koreyanın müxtəlif kitabxanalarına ianə edilməsi barədə məlumat verib.

Səfir R.Həsənov, həmçinin əcdadlarımızın həyatı, məişəti və qəhrəmanlıq səhifələrini nümayiş etdirən “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycanın xalqının qədim folklor nümunəsi kimi əhəmiyyətindən danışıb, onu Türk dünyasının ümumi dəyəri adlandırıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycan-Cənubi Koreya əlaqələrinin irəli aparılmasında bu ölkədə yaşayan Azərbaycan diasporunun rolundan bəhs edib. O, diasporumuzun, xüsusilə xaricdəki gənc azərbaycanlıların fəaliyyətinə dəstək göstərilməsinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, Cənubi Koreyadakı gənc diaspor fəallarımızın elm, təhsil, incəsənət və digər sahələrdə uğurla fəaliyyət göstərmələri və nailiyyətlər əldə etmələri sevindirici haldır.

Professor Banq Min Ho “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının qədim tarixi, zəngin milli-mədəni irsi, adət-ənənələri barədə kifayət qədər dolğun məlumat verən mükəmməl folklor nümunəsi olduğunu qeyd edib, əsərin 6 boyunun artıq Koreya dilində də mövcudluğunun bu ölkədə Azərbaycanın kökləri barədə daha dolğun məlumatlanmaq üçün meydan açdığını bildirib. Azərbaycana səfərlərini, ölkəmizin müasir və xalq ədəbiyyatı ilə tanışlığını xoş təəssüratlarla xatırlayan Banq Min Ho vurğulayıb ki, bədii redaktor qismində dastanın Koreya dilinə tərcüməsi üzərində işləməsi onun Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlığını daha da möhkəmləndirib.

Tərcümənin koreyalı həmmüəllifi, yazıçı Li Sucin azərbaycanlı tərcüməçi Leyla Məsimli ilə uzunmüddətli əməkdaşlığı, hazırkı tərcümə işinin ideyasının yaranması, onun məqsədi, Azərbaycan Diasporuna Dəstək Fondunun layihəni böyük səylə dəstəkləməsi, tərcümə üçün boyların seçimi zamanı diqqət edilən nüanslar barədə ətraflı məlumat verib. O, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını Koreyanın xalq ədəbiyyatı ilə müqayisədə təhlil edərək, dastanın ayrı-ayrı boyları ilə Koreyanın müxtəlif folklor nümunələrindəki oxşarlıqları diqqətə çatdırıb və bunu iki xalqın mədəni yaxınlığının sübutu adlandırıb.

Cənubi Koreyanın elmi-mədəni dairələrinin və media nümayəndələrinin, Azərbaycanın bu ölkədə yaşayan diasporunun fəallarının və tələbələrin iştirakı ilə baş tutan tədbirdə, həmçinin Azərbaycana dair digər çap materialları, suvenirlər və kulinariya nümunələri təqdim edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri