Türkiyədə dəhşətli hadisə: Evinə su borusundan girmək istədi, həyatını itirdi
Icma.az, News24 portalına istinadən məlumat yayır.
Antalyanın Manavqat rayonunda faciə baş verib.
İdman məktəbinin məşqçisi Alperen Coşarın açarını evdə unutması ona həyatı bahasına başa gəlib.
News24.az xəbər verir ki, hadisə Sarılar məhəlləsində qeydə alınıb. Ailəsini Konyaya yola salan Coşar axşam saatlarında evinə qayıdıb. Mənzilinə daxil olmaq istədikdə açarını içəridə unutduğunu anlayıb.
O, evə başqa yolla girə bilməyəcəyini görüb damdakı günəş enerjisi sisteminə bağladığı borudan istifadə etmək qərarına gəlib. Həmin borudan sürüşərək mənzilinə daxil olmağa çalışıb. Nəticədə boru qırılıb və Coşar bir neçə metr hündürlükdən beton döşəməyə çırpılıb.
Onun cansız bədənini səhər qonşular tapıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım həkimləri məşqçinin həyatını itirdiyini təsdiqləyiblər.
Aqil Qarayev


