Şagirdlərini dərs saatlarında evinə təmizliyə apardı Türkiyədə kuryoz hadisə
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İzmirin Bornova rayonunda yerləşən peşə təhsili mərkəzində müəllimin şagirdlərlə bağlı etdiyi hərəkət ölkədə rezonans yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, türk dili və ədəbiyyatı müəllimi D.T. 16 yaşlı 6 qız şagirdini dərs saatlarında məktəbdən çıxararaq şəxsi avtomobili ilə öz evinə aparıb.
İddiaya görə, müəllim şagirdləri yeni mənzilində təmizlik işlərinə, əşyaların qablaşdırılmasına və daşınmasına məcbur edib. Həmçinin, şagirdlərin iş əsnasında yemək və yolpulu ilə təmin edilmədiyi bildirilir. Valideynlərin şikayəti əsasında təqdim edilən sübutlarda uşaqların işlədildiyi mühitdə spirtli içki və siqaret qalıqlarının olduğu da öz əksini tapıb.
Qeyd edək ki, İzmir Vilayət Milli Təhsil Müdirliyi müəllim barəsində Uşaqların Müdafiəsi Qanununu pozduğu üçün dərhal inzibati araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Yanvar 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















