Icma.az
close
up
RU
Türkiyədə gözlənilən xəbər: Putin hə desə, imkan yaranacaq Razılaşma

Türkiyədə gözlənilən xəbər: Putin hə desə, imkan yaranacaq Razılaşma

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə Alyaskada ABŞ və Rusiya liderləri arasında gözlənilən görüşü müzakirə edib. Ərdoğan bundan öncə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb və Türkiyənin münaqişənin həlli istiqamətində gələcək görüşlərə ev sahibliyini təklif edib.

İstanbulda daha əvvəl Zelenski, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında belə görüş planlansa da, baş tutmadı.

Bu məsələ Ankaranın Rusiya-Ukrayna münaqişəsinin həllindəki rolu və ölkənin “sülh platforması”na çevrilmə hədəflərinə necə təsir edəcək?

Globalinfo.az-a danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna nümayəndələri arasında bir neçə görüş keçirilib və müəyyən nəticələr əldə olunub:

“Əsas nəticə görüşlərin baş tutmasıdır, çünki tərəflər müzakirə imkanına malikdir və Türkiyə burada ev sahibliyi edir. Bu, Ankaranın oynadığı və gələcəkdə də oynaya biləcəyi rolu göstərir. Rusiya və Ukrayna nümayəndələrinin görüşlərinin əsas nəticəsi humanitar xarakter daşıyıb. Tərəflər döyüşdə həlak olanların cəsədlərinin dəyişdirilməsi ilə bağlı razılığa gəlib və mövqelərini bir-birinə aydın şəkildə çatdırıblar. Türkiyə bu prosesdə moderator kimi təsirli rol oynayıb. Ankaranın həm Moskva, həm də Kiyevlə inkişaf etmiş siyasi və iqtisadi təmasları mövcuddur. Hər iki tərəf Türkiyəyə etimad göstərir, bunu rəsmi şəxslərin açıqlamalarında da görmək mümkündür”.


Elşad Mirbəşiroğlu

Politoloq qeyd edib ki, Alyaskada ABŞ-Rusiya liderlərinin görüşünün ardınca Moskva və Kiyev nümayəndələri arasında təmasların yenidən başlaması ehtimalı var:

“Bu görüşlərin xarakteri gələcək proseslərin inkişafını müəyyən edəcək. ABŞ-Rusiya münasibətləri, həmçinin Tramp və Putin arasında müzakirələr, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi imkanlarına dair təsəvvürləri formalaşdıracaq. Çox güman, atəşkəs rejiminin tətbiqi məsələsi də müzakirə olunacaq.

Bütün bunlar Türkiyənin proseslərdə iştirak imkanlarını genişləndirə bilər. Trampın moderator rolu da əhəmiyyətlidir. Gələcəkdə ABŞ-ın vasitəçiliyi ilə Rusiya-Ukrayna görüşlərinin keçirilməsi və razılıqların əldə olunması mümkündür. Proseslərin daha dinamik inkişafı üçün Türkiyənin ev sahibliyi strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, rəsmi Ankara Rusiya-Ukrayna münaqişəsinin həllində real rol oynaya bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri