Icma.az
close
up
RU
Türkiyədə həmin şəbəkələrin ifşa olunması bundan xəbər verir

Türkiyədə həmin şəbəkələrin ifşa olunması bundan xəbər verir

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə uğurlu səfəri İranın mühafizəkar dairələrini narahat edib. Təsadüfi deyil ki, İranın ali dini lideri Əli Xamaneyi ABŞ-ın Yaxın Şərqin siyasi və iqtisadi həyatına qarışmaqdan imtina etməsini istəyib. Əli Xamaneyi sonrakı cümləsində Trampın səfər etdiyi ərəb ölkələrini hədəf seçib: “Vaşinqton ərəb ölkələrinə elə model təklif edib ki, həmin ölkələr ABŞ-nin dəstəyi olmadan 10 gün də tab gətirə bilməzlər. Bu model məhfə məhkumdur. Yaxın Şərq xalqlarının tələbi ilə Amerika bölgədə getməli olacaq”.

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.  Politoloq bildirib ki, adı çəkilən ərəb ölkələrinin ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında əsas səbəb təhlükəsizlik sahəsində əməkdaşlıqdır:

"Bu səbəblərin içərisində həmin ölkələrin İrandakı kimi rejimlərdən və İranın maliyyələşdirdiyi silahlı qruplardan qorunmaq da var. Misal üçün İraqın keçmiş diktatoru Səddam Hüseyn 1991-ci ildə Küveyti işğal edəndə ərəb ölkələrinin müraciət etdikləri ilk ölkə ABŞ oldu. Məhz ABŞ ordusunun komandanlığı altındakı koalisiya Küveyti azad etdi. Əli Xamaneyinin “Yaxın Şərq xalqlarının tələbi ilə Amerika bölgədə getməli olacaq” cümləsində Trampın səfər etdiyi ərəb ölkələri rejimlərinə təhdid elementi var. Yəni Xameneyi demək istəyib ki, ərəb ölkələrindəki rejimlərin əksinə olaraq həmin ölkələrin xalqları Amerika ilə əməkdaşlığın əleyhinədirlər və məhz xalqlar Amerikanın bölgəyə tərkinə məcbur edəcəklər. Bunun reallaşması üçün həmin xalqlar gərək rejimlərini də devirsinlər. Xameneyi cümləsində buna da işarə var. İranın mühafizəkar dairələri ərəb ölkələrində husilər kimi müttəfiqlər görmək istəyirlər ki, belələri həm İsrailə, həm də ABŞ-yə qarşı savaş açsınlar.

“Qətər əmiri Şeyx Təmim bin Həməd Al-Sani ABŞ-ın İranın nüvə fəaliyyəti ilə əlaqədar yaranmış gərginliyi hərbi müdaxilə ilə həll etməsinin qarşısını almaqda mühüm rol oynayıb” bu sözlər Donald Trampa məxsusdur. “Əmir İrana, əslində, böyük kömək edir. Dəfələrlə mənə deyib ki, onlarla danışıqlar mümkündür. İranla razılaşma əldə edilə bilər. Bizim həmin ölkəyə ciddi zərbə vurmağımızı istəmir", – Tramp Dohada ABŞ və Qətər biznes liderləri ilə keçirilən görüş zamanı bildirib. O əlavə edib: "Hesab edirəm ki, İran Qətər əmirinə təşəkkür etməlidir. Çünki ətrafımdakı bir çox adamlar birbaşa zərbə endirməyi tövsiyə edir. Biz ABŞ olaraq dünyanın ən güclü ordusuna sahibik". İran ali dini lideri isə Qətər əmirinə minnətdar olmaq əvəzinə “niyə Siz ABŞ ilə  sıx əlaqələr qurmusunuz” deyə ona mesaj göndərib. Minnətdarlıq hissi yoxdur. İranın müfafizəkar dairələri eyni münasibəti Türkiyəyə bəsləyirlər. Türkiyə də Qətər kimi İrana qarşı hər hansı əmiliyyatın həyata keçirilməsinin əleyhinədir, vaxtilə qonşu dövlətə qarşı müharibənin başlamasının qarşısını almaq məqsədilə nüvə danışıqlarda vasitəçilik edib. İrandakı dairələri bunun əvəzində Türkiyədə casus şəbəkəsini genişləndirməyə qərar veriblər. Türkiyədə həmin şəbəkələrin ifşa olunması bundan xəbər verir, üstəlik PKK terrorçu təşkilatının da dəstək aldığı ölkələrdən biri İran olub". 

Vasif ƏLİHÜSEYN 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri